Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

-Əmir ilə xəlifənin arasını pozmaq lazımdır. -Tutaq ki, Əmir ilə xəlifənin arasını pozdun. Bununla sən Aranın istiqlaliyyətinimi qazanacaqsan! Bu Əmir gedib, yerinə o biri Əmir gələcəkdir. Bundan başqa, Əmir ilə xəlifənin arasını pozmaq üçün vasitə lazımdır. -Vasitə vardır. Ailəsində xəyanət düzəldəcəyəm. -Yox, Fəxrəddin, bu mübarizə üsulu deyildir. Mən birinin xoşbəxtliyini o birisinin bədbəxtliyi üzərində qurmaq tərəfdarı deyiləm. -Ümumi məsələlər üzərində iş aparıldığı zaman beş-üç nəfərin taleyi haqqında düşünmək gülüncdür. Siyasət qan və qurban tələb edir.
·
38 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.