Gönderi

296 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Demək olarki, Fatimə (ə) haqqında oxuduğum ən yaxşı kitab idi. Bəli, Fatimə Fatimədir, başqası deyil... Fatimə necə böyük şəxsiyyətdir... Atasının övladı və anası nə qədər fədakar və mərhəmətlidir... Fatimə nə gözəl həyat yoldaşıdır... Əli (ə)onunla tamamlanmış və O da Əli ilə ... Həsənin, Zeynəbin və Ümmü Gülsümün anası Fatimə nə böyük anadır...
Ali Şeriati
Ali Şeriati
həmişə olduğu kimi, öz gözəlliyi , fəlsəfi yaradıcılığı, düşüncə və məntiq baxımından seçilən mükəmməl kitab yazmışdır.
Ali Şeriati
Ali Şeriati
kitabın əvvəlində Qərb və Şərqin qadınlara necə baxmasından və onların bəziləri üçün sadəcə “istehsal vasitəsi”, bəziləri üçün isə sadəcə alət olmasından və cahilliyət dövründə insanların onları necə eyib kimi gördüyündən bəhs edirdi. Ən böyük narahatçılıq isə dinin gözəlliklərinin insanlar tərəfindən dərindən başa düşülməməsi idi. Hətta dini şüuru oğurlamaq üçün müstəmləkiçiliyin, kapitalizimin, Qərbin necə birlik olduğundan bəhs etməkdədir. 2ci hissədə: Bu cür qarışıq və sürətlə inkişaf edən dpvrdə qadının özünə necə Rol model tapmasıda önəmli məsələdir:- Köhnə adət-ənənələrdə ilişib qalmış, kişiləri iqtisadi əsas kimi görən əvəllki qadınmı, yoxsa modern dövrün hər şeyi qəbul edib, sorğulamadan yaşıyan “modern” qadınımı…. Əli Şəriəti Fatimeyi-Zəhra (ə) həqiqi rol model kimi təqdim etmişdir. Onun düşüncəsi, davranışı və dəyərləri həqiqi İslamın dəyərlətini əks etdirir, O dəyərli Qadın öz cəmiyyətində bir ana, həyat yoldaşı, qızı, məsuliyətli ,təşəbbüskar, Peyğəmbərin(s) risalətinə iman gətirən, onun çətinliklərinə tab gətirən bir xanım… O qadının necə və nə olmaq istədiyinin ən dəqiq nümunəsidir… Fatimənin(ə) həyatı bizə məhəbbət, itki, dözüm, qorxmazlıq ən əsası əsl qadın necə olmalıdır suallarına cavab tapmağa kömək edir. Son olaraq, “Fatimə(ə) Həsən, Hüseyn, Zeynəb kimi övladlar tərbiyə etmiş anadır. İstər Həsən(ə), istər Hüseyn(ə), istər Zeynəb(ə) - hər biri nümunədir.” “Heç bir məzhəbin belə bir pak ailə nümunəsi olmamışdır. Bu ailədə ata-Əli (ə), ana-Fatimə (ə), oğul-Hüseyn (ə), qız-Zeynəbdir (ə). Heç bir xalq hansısa bir ailəyə bu qədər eşq, ixlas, iman, fədakarlıq izhar etməmişdir.” yazarında vurğuladığı kimi gəlin Dinimizdən, Dini liderlərimizin bu möhtəşəm həyatlarından götürdüyümüz dərsləri sadəcə dərs olaraq saxlamayaq. Onları həyatımızın bir parçasına çevirək… Bura qədər oxuduğunuz üçün təşəkkürlər:)) Xoş mütaliələr!
Fatimə Fatimədir
Fatimə FatimədirAli Şeriati · İrşad nəşriyyatı · 01,262 okunma
·
70 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.