Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Payızla bir gəldi ilk məhəbbətim, Bağçalar yananda, bağlar yananda, Bəlkə ömrüm boyu sevən deyildim, Eşqə düşməsəydim cavanlığımda. ...İlahi, o necə məhəbbət idi?! Məni həsrət qoydun Günəş nuruna, Sən məni özünə rəqibmi bildin, Atdın bir gözəlin ayaqlarına? Mələkmi, bəlamı göndərdin mənə, Dünyaya bir Məcnun bəs deyildimi? Mən bu qəddarlığı qana bilmirəm, Anlaya bilmirəm indiyə kimi. Özümün gözyaşım düşdü külümə, Öz naləm qarışdı ağrılarıma, Allah, sevənləri bədbəxt eləmə, Mənə bax, rəhm elə başqalarına...
Sayfa 115 - MƏHƏBBƏTKitabı okuyor
·
49 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.