Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Alıntılar
Sabahını düşünən adam heç vaxt igid ola bilməz. Kişi həyati əhəmiyyəti olan mühim məsələlər qarşısında qalanda, bir müddət qadınlardan uzaq durmalıdır... Gözlərini yum, qulaqlarını əllərinlə ört və yalnız qəlbini aç. Bu kədər dünyasında heç bir şey mənasız deyil. Sabahın qayğısını çəkmə, çünki sabahı düşünmək insanı qorxaq edər. - Nino, körpəmiz dünyaya gəldikdən sonra birlikdə Parisə, Londona, Berlinə, Romaya gedərik. Axı biz hələ toy səyahətinə çıxmamışıq. Hara lap çox xoşuna gəlsə, bütün yayı orada qalarıq. Ondan sonra da hər il Avropaya gedərik. Amma evimin vətənimdə olmasını istəyirəm, çünki mən çölümüzün, şəhərimizin və günəşimizin övladıyam. - Bəli, dedi Nino. - Özüdə çox yaxşı övladısan, biz Avropanı unutmalıyıq. Lakin bətnimdə daşıdığım balam nə çölün, nə də qumun övladı olmalıdır. Bu uşaq sadəcə, Əli ilə Ninonun övladı olacaq. Razısan? - Bəli, razıyam – dedim. Qadınlar uşaq kimidirlər, amma uşaqlardan fərqli olaraq daha hiyləgər və daha yaman olurlar. (yazıq qadınlar! :) ) Sən demə, xoşbəxtliyə bulaşmaq üçün mütləq bədbəxtçiliyin içindən keçib-getmək lazım imiş. Bəli, Naxararyan, bəli! Biz asiyalılar beləyik, belə vuruşuruq! Qurşaqdan aşağı vurmuruq! Boz qurd kimi yapışırıq düşmənin boğazından, Naxararyan! Kişi gərək ömründə heç olmasa, bir dəfə müharibəyə getsin. Ölmək, şərəfsiz mövcudluqdan daha yaxşıdır... Bakı təkcə bir şəhər deyildi. Bakı bir qoz qabığının içi kimi, iç-içə keçmiş, iki şəhərdən ibarətdir. Şəhərin qədim qala divarlarının xaricində bayır şəhər yerləşir. İçəri şəhərdəki qala divarlarının içində isə küçələr söyüd ağacının yarpağı və şərq qılıncı kimi dar və əyri idilər. Məscidlərin yumşaq buludları dələn minarələri Nobel firmasının qurduğu neft qüllələrindən tamamilə fərqlənirdi. İçəri şəhərin şərq divarlarından “Qız qalası” ucalırdı. "...dünən kök bir erməni məni inandırmaq istəyirdi ki, Şuşadakı Maraş kilsəsinin beş min il yaşı var. Ona qayıdıb dedim ki: "Yalan danışma. Bütün xristianlığın yaşı heç iki min il deyildir. Axı xristian kilsəsi Məsihdən (Xristosdan) qabaq tikilə bilməzdi?!" Gonbula sözüm bərk toxundu və o, tənəli tərzdə dedi: "Əlbəttə, sən təhsilli bir adamsan, sözüm yoxdur. Amma bu qoca kişinin nəsihətinə qulaq as: başqa xalqlarda ola bilsin xristianlığın yaşı iki min ildir. Biz, Qarabağ əhlinə isə (Qarabağın erməni əhalisi nəzərdə tutulur) Xilaskar Məsih ondan üç min il qabaq peyda olub...Bax belə.
··
38 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.