Gönderi

434 syf.
·
Puan vermedi
·
30 günde okudu
Yazıçı düşüncələrini çatdırmaq üçün Zərdüştü vasitəçi olaraq seçmişdir. Dağda on il ruhu ilə təkbətək qalıb çilə dolduran Zərdüştün qəlbində axır ki, dönüş olur. Müdrikliyin ən uca zirvəsində dayanan Zərdüşt öz hikmətini insanlarla bölüşmək istəyir. Zərdüşt insanların arasına qayıdaraq onları fövqəlinsan olmağa çağırır. İnsan özünü aşmalıdır. Özünü aşa bilən insan fövqəlinsan ola bilər. Nitsşenin ən çox müzakirə edilən qavramı olan “fövqəlinsan” fikrini ortaya atdığı “Belə Deyirdi Zərdüşt” kitabı 1. Dünya Müharibəsi əsnasında Alman əsgərlərinə paylanılmışdır. Bu səbəbdəndir ki, kitab dövrün intelektualları tərəfindən əxlaq pozan kitab olaraq adlandırılmış və Nitsşedə əxlaqsız fikir adamı olaraq günahlandırılmışdır. Sonraki dövrdə isə, “fövqəlinsan” qavramı Nitsşenin çalışmalarını arxivləyən bacısı Elizabet Nitsşe tarafından milliyətçiliyi və Yəhudi düşmənliyini gücləndirmək üçün istifadə edilmiş və Nazilərin soyqırımı törətməkdə haqlı olduqlarına dair sübut olaraq göstərilmişdir. "Zərdüşt Belə Deyirdi" kitabı fəlsəfəyə başlanğıc üçün uyğun kitab deyil. İki dəfə yarım saxlamışam. Hər dəfəsində də qırx səhifədən artıq oxuya bilməmişdim. Bu dəfəki oxu prosesidə mənim çətin keçdi. Kitabdakı bəzi hissələri anlamaq üçün bir neçə dəfə oxumalı oldum. Mənim üçün artıq iki cür oxucu tipi var: Bu kitabı oxuyanlar( anlayaraq) və oxumayanlar. Kim ki kitab oxuyur onlardan soruşmaq istəyirəm: "Bəs sən, Zərdüşt Belə Deyirdi" kitabını oxumusanmı? Hamı və heç kim üçün olün bu kitabı oxumağa hazırsanmı?....
Zərdüşt Belə Deyirdi
Zərdüşt Belə DeyirdiFriedrich Nietzsche · Qanun Nəşriyyatı · 201638,2bin okunma
·
48 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.