Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

264 syf.
10/10 puan verdi
·
Beğendi
·
20 günde okudu
İlk eşitdiyimdə mənfi yanaşdığım, oxuduqdan sonra isə hər kəsə tövsiyyə etdiyim bir kitab oldu. İlk dəfə mövzusunu biraz araşdırdıqda "bu haqda kitab kimin nəyinə axı?" bənzəri bir neçə cümlə işlətmişdim. İndi bunun üçün özümdən üzür istəyirəm və yaxşı ki, oxumuşam deyirəm. İlk növbədə "bütün gənclərin, insanların" bildiyini düşündüyü mövzuların əsl üzlərini, əsl tərəflərini kitab bizə göstərir. Cəsarətin və cəsarətsizliyin nəticələrini öyrədir. Hekayə çox axıcıdır və insanı özünə çəkir. Bəzən Maria'nın seçimlərinə haqq verdim, bəzən isə qəzəbləndim. Amma sonunda empatiya ilə onu anlamağı bacardım. Kitabdan sonra bir çox cəhətdən baxış açımı dəyişdi. Tövsiyəm budur ki, siz də mənim kimi mənfi yanaşmayın ilk başda və Maria'ya, onun hekayəsinə, yaşadıqlarına bir şans verin. Qeyd edim ki, kitabın sonunda yazar özü də bildirmişdir ki, bu həqiqətə uyğun bir hekayədir. Təxəllüsü Maria olan gənc bir qadının hekayəsi əsasında yazarın da yaradıcılığı ilə daha da rəngləndirilmişdir. Təbii olaraq düşünə bilərsiniz ki, "bu kitab mənə nə qata bilərki?" Əmin olun düşüncələrinizə, mövzuya yanaşma şəklinizə bir çox şey qatacaqdır.
On Bir Dakika
On Bir DakikaPaulo Coelho · Can Yayınları · 20204,971 okunma
·
25 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.