Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Şəhla Rşd bir yorumu yanıtladı.
280 syf.
8/10 puan verdi
·
6 günde okudu
Ürəyi sevgi dolu, mərhəmətli, düşüncəli, ağıllı, qürurlu, lakin bir az dəcəl bir balacanın hekayəsidir, bu. "Şirin portağal ağacım"dan tanıdığımız və sevdiyimiz Zezenin hekayəsi. Bu dəfə onu başqa bir ailədə görürük. Portuqaliyalı dostunu itirdikdən sonra övladlıq verildiyi ailədə başından keçənləri nağıl edir bizə Zeze, o şirin və həssas dili ilə. Ətrafında gördüyü sevgisizlikdən xəyallarına sığınan, xəyali qəhrəmanlarla içindəki qorxulara qalib gəlməyə çalışan Zeze, bütün həssas uşaqlardan bir parça daşıyır. Bütün tez yaralanan, unutmağı bacarmayan həssas ürəkli insanların hekayəsini anlatır bizə. Əslində, onu anlamaq, sevmək, dost olmaq o qədər də çətin deyil, lakin bu, böyük ürək, anlayış, empati duyğusu istəyir insandan. Zeze, axtardığı sevgidolu, mərhəmətli, anlayışlı ailə modelini xəyalında yaratdığı ailəsiylə doldurmağa çalışır. Nə qədər ağrılıdır, nə qədər təəssüfləndirir insanı bütün bunlar. Bir o qədər də güclüdür Zeze. Mübarizə aparır, çarpışır, vuruşur, məğlub olmur. Çünki inadcıdır. Bir də onu sevən, dinləyən dostları var. Ən çətin zamanlarında yanında olan, ona dəstək olan, bütün dərdlərini, sirlərini, sevgisini paylaşdığı... Zezenin həyatının bu dövrünü də maraqla, sevgiylə oxudum mən. Onu tanımaq gözəldi.
Güneşi Uyandıralım
Güneşi UyandıralımJosé Mauro de Vasconcelos · Can Yayınları · 202334,9bin okunma
·
134 görüntüleme
♡T♡N♡A♡ okurunun profil resmi
Öne Çıkan Yorum
Gözəl bir tanıtım etmisiniz. İnsan oxumasada gönderinizi oxuyaraq kitabı anlayır. 👍👍👍
Şəhla Rşd okurunun profil resmi
Təşəkkürlər. Əsər daha geniş və maraqlıdır. Birinci hissəsi qədər olmasa da, oxumağa dəyər. 🙏
Mert 1903 okurunun profil resmi
Kitabı anlama konusunda güzel bir on inceleme oldu bizler icin...teşekkürler hocam
Şəhla Rşd okurunun profil resmi
Mən təşəkkür edirəm. Az da olsa, faydalı ola bildiysə, nə mutlu mənə. :)
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.