Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

188 syf.
8/10 puan verdi
·
Beğendi
Hər kəs özünü özündə tapdığı kimi özünü “özündə” itirə də bilir, ideyasından yola çıxan yazıçının bu povesti ilk olaraq "Cənab Golyadkinin macəraları" başlığı altında 1846-cı ildə "Oteçestvennıye zapiski" jurnalında dərc edilmişdi. Təməl psixologiyanı, insan münasibətlərini öyrənmək istəyənlər üçün mükəmməl bir povest ola bilər. Hətta Z.Freyd özü əsərdə yazıçının şizofrenliyi ustalıqla izah etməsinə olan təəccübünü gizlətməmişdir. Golyadkinin "oxşar"ı özünün tam əksi olaraq iyrənc, çirkin, rəzil, yaltaq, alçaq, xəbis, mənfur bir tipdir. Anlaşılmaz səbəblərdən oxşar demək olar hər addımda "əsl" Yakov Petroviçi gözdən salıb ləkələməyə çalışır, dostları arasında və iş xidmətində tədricən onun yerini tuturdu. Və bütün bunlara oxşar öz yalanları, iyrəncliyi ilə nail olurdu, hansı ki, Golyadkinin nifrətinə gətirib çıxarmışdı. Əsəri oxuyub anlamaq bir çoxlarına ağır, sıxıcı gələ bilər. Hətta bu yaxında bir məqalədə oxudum, əsərin anlaşılmazlığı barədə qalmaqallı gileylənmələr də olub. Yazının əvvəlində tənqidlər barədə qeyd etmişdim, Belinski əsəri “əsəbi cəfəngiyyat” da adlandırıb. 182 səhifəlik povesti oxuyarkən, Dostoyevskinin cəmi 24 yaşında bu qədər dərin hissiyyatlı və dövrünə görə çox məlumatlı olmasına heyran qalmamaq mümkün deyil.
Öteki
ÖtekiFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 201922bin okunma
·
1 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.