Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

232 syf.
8/10 puan verdi
Uzun müddət idiki belə gözəl sevgi romanı oxumurdum.O qədər təsirli,o qədər gözəl idiki.Onu deyimki kitab o qədər axici yazilibki bir səhifə daha daha deyə-deyə kitabı bitirdim.Amma sonu məni hüsrana uğratdi. sonu yıxdı məni.Niye? nədən? Deyib durdum.Bəlkə yuxudu ,bəlkə ani hadisə olar veziyyət dəyişər deyə son vərəqə kimi ümid etdim. Amma hüsrana uğramasaydim kitab bu qədər yadda qalmazdi mənim üçün adi bir roman olardi.Kitabin sonu romanı adiləşdirmədi daha da məna qatdi Roman Novxanıda baş verən hadisələrdən bəhs edir.Leyla gənc müəllimədi və Səxavət adlı tarix müəllimi ilə nişanlıdı.Lakin bir gün Leylanı sex müdürü,ata şotuna yaşayan,evli olan Nadir görür və necə olur olsun Leylanı həyat yoldaşı etmək istəyir.Nadir Səxavəti yanına çağırır və onu hədələyir.Səxavət məcbur olur nişanı qaytarır.Kənd camaatı Nadirə dur demədi,qarşı çıxmadı,amma bir nəfər Nadirlə mübarizə apardı.Bu şəxs Cavanşir idi.Nə olur olsun Leylanı Nadirdən qurtarmaq üçün yol axtarır.Bəs Leyla onu atıb gedən Səxavəti üstün tutacaq yoxsa onun üçün canını verməyə razı olan Cavanşir mi?
Yerlə Göy Arasında
Yerlə Göy Arasındaİlqar Kamil · Qədim Qala Nəşriyyat Evi · 042 okunma
·
114 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.