Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yerlə Göy Arasında

İlqar Kamil

Yorumlar ve İncelemeler

Tümünü Gör
232 syf.
8/10 puan verdi
·
3 günde okudu
Məsələyə dini baxımdan yanaşmağı romanın adından təxmin edilə bilər.Ancaq kifayət qədər qarşılıqlı ittihamlar arasında açıq qalan suallara yer verilir,o qədər də dərin mənalı olduğunu demək olmaz
Yerlə Göy Arasında
Yerlə Göy Arasındaİlqar Kamil · Qədim Qala Nəşriyyat Evi · 042 okunma
Reklam
232 syf.
10/10 puan verdi
·
Beğendi
·
36 günde okudu
Hekayət bir qadının ən çətin, daha çox diqqətə və qoruyucu bir insana ehtiyacı olduğu dövrləri əhatə edir. Romanın da adından göründüyü kimi yerlə göy arasında qalan qadın öz xilaskarınımı seçməli, yoxsa onun himayəsinə ən çox ehtiyacı olduğu zaman tənha qoyan, baş verən hadisələrdən xəbərdar etməyən nişanlısınımı?..Yazıçı Cavanşir və Səxavətin timsalında qorxmazlığı, zülmə boyun əyməmək kimi mövzuları müqayisə etmişdir...
Yerlə Göy Arasında
Yerlə Göy Arasındaİlqar Kamil · Qədim Qala Nəşriyyat Evi · 042 okunma
232 syf.
8/10 puan verdi
Uzun müddət idiki belə gözəl sevgi romanı oxumurdum.O qədər təsirli,o qədər gözəl idiki.Onu deyimki kitab o qədər axici yazilibki bir səhifə daha daha deyə-deyə kitabı bitirdim.Amma sonu məni hüsrana uğratdi. sonu yıxdı məni.Niye? nədən? Deyib durdum.Bəlkə yuxudu ,bəlkə ani hadisə olar veziyyət dəyişər deyə son vərəqə kimi ümid etdim. Amma hüsrana uğramasaydim kitab bu qədər yadda qalmazdi mənim üçün adi bir roman olardi.Kitabin sonu romanı adiləşdirmədi daha da məna qatdi Roman Novxanıda baş verən hadisələrdən bəhs edir.Leyla gənc müəllimədi və Səxavət adlı tarix müəllimi ilə nişanlıdı.Lakin bir gün Leylanı sex müdürü,ata şotuna yaşayan,evli olan Nadir görür və necə olur olsun Leylanı həyat yoldaşı etmək istəyir.Nadir Səxavəti yanına çağırır və onu hədələyir.Səxavət məcbur olur nişanı qaytarır.Kənd camaatı Nadirə dur demədi,qarşı çıxmadı,amma bir nəfər Nadirlə mübarizə apardı.Bu şəxs Cavanşir idi.Nə olur olsun Leylanı Nadirdən qurtarmaq üçün yol axtarır.Bəs Leyla onu atıb gedən Səxavəti üstün tutacaq yoxsa onun üçün canını verməyə razı olan Cavanşir mi?
Yerlə Göy Arasında
Yerlə Göy Arasındaİlqar Kamil · Qədim Qala Nəşriyyat Evi · 042 okunma
232 syf.
5/10 puan verdi
·
3 günde okudu
Səxavət və Leyla nişanlıdırlar. Həmin kənddə yaşayan və evli olan Nadir isə Leylanı sevir. Buna görə də hədə-qorxu ilə onları ayırır, ailəsindən Leylanı istəyir. Bütün bunlara şahid olan qorxusuz Cavanşir isə Nadirə qarşı durur. Əsərin sonu haqqında danışmaq istəmirəm. Amma bunu deyim ki, sonu gözlənilməz bir şəkildə bitdi. Mən əsərin mövzusunu bir az Türkiyə seriallarına bənzətdim. Bədii dili isə o qədər də gözəl deyildi. Oxuduğum klassiklər, bestselllərdən sonra əsərin dili məni qane etmədi. Mütləq oxunacaq əsərlərdən olmasa da, müraciət etmək olar
Yerlə Göy Arasında
Yerlə Göy Arasındaİlqar Kamil · Qədim Qala Nəşriyyat Evi · 042 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.