Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yerlə Göy Arasında

İlqar Kamil

Yerlə Göy Arasında Sözleri ve Alıntıları

Yerlə Göy Arasında sözleri ve alıntılarını, Yerlə Göy Arasında kitap alıntılarını, Yerlə Göy Arasında en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bəlkə də ağıl insana doğru yolu tapmaqçün deyil, doğru yolu göstərini tapmaqçün verilib!
Sayfa 206Kitabı okudu
Biz yerlə göyün arasında gedən savaşın qurbanlarıyıq, əzizim; göy bizi qaldırmaq, yer yıxmaq istədi hər zaman. Yağışlar göyün tələsi, ildırımlar Tanrının səsi ölüm- yerin göyə qələbəsidir!
Sayfa 191Kitabı okudu
Reklam
Demək, danışmaqla olmurmuş, haqq-ədalət davasıyla düyünlənmiş yumruqlar, elə öz dediyin kimi, dəmir qapıya dəyər-dəyməz açılıb dilənçi ovucuna çevrilirmiş.
Sayfa 109Kitabı okudu
İndi neyniyək ki, Nahid meyxanadan, Mamedsə Bethovendən, Vaqnerdən zövq alır? İnsanlıq daxildən gəlməlidi, qərdeşim, daxildən!
İndi başa düşürəm ki, zalımdan qabaq zülmə boyun əyənlərlə olmalıymış savaşımız və bu, daha çətin savaşdı!!
Fəqət, AZADLIQ da sağlamlıq kimidir; onu qazanmaqla iş bitmir, ovcunun içində bərk-bərk sıxıb, hər gün-hər gün, göz bəbəyi kimi qorumaq lazımdır; və ƏSARƏT də xəstəlik kimidir;bir dəfə xilas olmaq çarə deyil, ondan hər an uzaq durmaq, hər gün qorunmaq lazımdır.
Reklam
Allah; – De görüm, niyə günah edirdin? Cavanşir duruxdu, sonra necə oldusa, baxdı ki, demək istədiyi cavab ondan xəbərsiz sivişib ağzından çıxdı: – Darıxırdım, İlahi! – Bu nə ucuz səbəb? Necə yəni darıxırdın? – Sizinçün demək asandı, İlahi, axı, siz insan deyilsiz. – Cəsarətlisən, bu cəhətini sevirəm, lakin... – “Tanrı” bir az sərt danışdı, – ziyasızsan! – Mən sənin əsərinəm, İlahi!
Qədim Qala nəşriyyatıKitabı okudu
Mərkəzdə susmaq olmur, susmaqçün gərək bir küncə çəkiləsən.
- İndi başa düşürəm ki, zalımdan qabaq zülmə boyun əyənlərlə olmalıymış savaşımız və bu, daha çətin savaşdı!
...azadlıq da sağlamlıq kimidir; onu qazanmaqla iş bitmir, ovcunun içində bərk-bərk sıxıb, hər gün-hər gün, göz bəbəyi kimi qorumaq lazımdır; və əsarət də xəstəlik kimidir; bir dəfə xilas olmaq çarə deyil, ondan hər an uzaq durmaq, hər gün qorunmaq lazımdır!
Sayfa 194Kitabı okudu
21 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.