Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

nazrin

nazrin
@ibragmva
𝓛𝓮 𝓮𝓬𝓱𝓸 𝓭𝓮 𝓶𝓮𝓷𝓸𝓼 ... Mən hansı yarpağın incə hüznüyəm?
344 syf.
7/10 puan verdi
·
Beğendi
Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir. Allahın sevib yaratdığı insana əta etdiyi gözəlliklərdən necə məhrum edilməsi, həyat eşqinin hələ körpə qızcığazkən balaca köksündə boğulması, barədə qəmli bir hekayət danışır Varis. Somalinin susuz səhralarında boy atan bu çiçək, onu məhv olmağa qoymayan, bu günün Varisi edən sevgidən, insanlara, yaradılışa inamdan rişələnir. İllər sonra məşhur model olan qəhrəmanımız geridə qoyduğu tarixçəsini bölüşməyi özünə borc bilir – beləcə, “Səhra çiçəyi”ni yazmaqla özünü yazıçılıqda da sınayır. Varis Afrikanın dəhşətinə çevrilmiş “qız sünnəti”nin onu necə şikəst etdiyini anladığı andan buna qarşı mübarizə aparmağa çalışıb.
Səhra Çiçəyi
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 20142,920 okunma
Reklam
236 syf.
·
Puan vermedi
·
Beğendi
Əsərdə dövrün sıradan çıxardığı neçə neçə həyatlarla tanış ola bilərsiniz… Həmçinin Harri Morqanın əli qana bulansa da yazar günahı onda deyil də, o dövrün şəraitinin onu buna məcbur etdiyini vurğulayır… Əsərdə digər maraqlı obrazlar Harrinin həyat yoldaşı Mariya, dənizçi yoldaşları, Eddi, kapitan Uili kimi maraqlı obrazlarla da qarşılaşacaqsınız… Heminquey bu romanında insan psixologiyasının dərinliklərinə enib, onların daxilində yatan, çətin zamanlarda üzə çıxan xarakterlərini oxucuya ustalıqla çatdırmışdır…
Ernest Hemingway
Ernest Hemingway
Ya Var, Ya Yox
Ya Var, Ya Yox
Ya Var, Ya Yox
Ya Var, Ya YoxErnest Hemingway · Qanun Nəşriyyat · 2014545 okunma