Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İlqar Cəfərov

İlqar Cəfərov
@ilqar971
Kitab oxumağı və doğma dilimi sevən bir insan.
Geoloq
Ali
Bakı, Azərbaycan
Bakı, Azərbaycan
14 okur puanı
Nisan 2018 tarihinde katıldı
İlqar Cəfərov

İlqar Cəfərov

, bir kitabı okumaya başladı
Əliabbas İş Axtarışında
Əliabbas İş AxtarışındaToğrul Ələkbər
0/10 · 0 okunma
Reklam
353 syf.
8/10 puan verdi
·
24 günde okudu
Əzizə Cəfərzadə - Bakı-1501
Bu kitab Əzizə xanımın qələmindən oxuduğum üçüncü kitab oldu. Hər 3 kitabda tarixi şəxsiyyətlərin həyat yolunu roman şəklində təsvir edib Əzizə xanım və düşünürəm ki, tarixi prosesləri bu üslübda izah etmək daha yaddaqalan edir oxunulan məlumatları. Əzizə Cəfərzadənin romanlarında diqqət etdiyim bir məqam da hadisələri dərin detallara kimi izah
Bakı 1501
Bakı 1501Azize Caferzade · Qanun Nəşriyyatı · 072 okunma
353 syf.
8/10 puan verdi
·
24 günde okudu
Bakı 1501
Bakı 1501Azize Caferzade
8.2/10 · 72 okunma

Okur Takip Önerileri

Tümünü Gör
Şair Xətai, könlündə bütün varlığına hakim kəsilən bir fikri bütün çılpaqlığı ilə dilinə gətirmədən, düşünürdü: Qula çevrilmiş xalq üçün doğma ana dilini mühafizə etməyin böyük mənası vardı. Bunu ərəb işğalçıları çox gözəl dərk etmişdilər. İlk öncə məhkum etdikləri xalqların dilinə hücum etmişdilər. Beş vaxt ibadətindən bircə söz anlamayan fağır şələpapaq çobanın duası ərəbcə!.. Beş yaşlı uşağın mollaxanada ilk sözü ərəbcə... Bəli, milləti, xalqı öldürmək istəyirsənsə, əvvəlcə dilini əlindən al. Bu bütün qəsbkarların, hakim xalqların şüarı olub.
Sayfa 323Kitabı okudu
Reklam
Axı bir təsəvvür eləyin ki, ərəblər bu yazıq camaatın başına nə gətiriblər. Körpə uşaq məktəbə gedir, tələffüz elədiyi birinci söz: "bismillahir rəhmanir rəhim, hüvəl-fəttahü əlim" - ərəbcədi. Yazıq uşaq bundan nə anlasın? Olmaz ki, elə doğmaca - körpə diliylə "böyük olan, rəhman, rəhim Allahın adı ilə başlayıram..." - desin. Bu, Allaha çox xoş gələr. Yaxud, bütöv bir xalq, hətta xalqlar, onların ərəbcə bir kəlmə başa düşməyən kişisi-arvadı, çobanı-çoluğu gündə beş vaxt namaz qılır. Xəlvətdə, öz yaradanı, tanrısı ilə üzbəüz dayanır, dərdini deyir, onun böyüklüyünə inanır: "mənə rahi-müstəqim - düz yol göstər", deyir. Olmaz ki, ərəb dilinin qol-qanadını sındırmayıb "Qul hü vallahü əhəd", de ki, o, "Allah birdir" sözlərini öz doğmaca dilində desin. Vallahi ki böyük Allaha bu xoş gələr. Namaz qılan da sözləri tutuquşu kimi deyil, anlayaraq, dərk edərək dəyər.
Sayfa 322Kitabı okudu
Bu dünyada həmişə qaçan da Allah deyib, qovan da.
Sayfa 120Kitabı okudu
132 syf.
10/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
Bukqakovun qələmindən oxuduğum ilk kitab oldu. Tərzi və məsələlərə yanaşması maraqlıdır. Hekayəni həm itin dilindən, həm yazıçının izahı ilə, həm də həkimin qeydlərindən oxusaq da bunlar arasındakı keçidlər oxucunu çaşdırmır, hekayədə hansısa fikir boşluğu yaratmır. Sadəcə danışanın səsi dəyişir bir növ beyində. Bu, həm də incə şəkildə yaranan fərqliliklə oxucu üçün daha asan edir oxunma prosesini. Kitabın utopik janrda yazılması, bir həkimin it ilə ölü bir insanın orqanlarını dəyişdirərək yeni bir varlıq yaratması əsərə olan marağımı artımışdı. Bununla yanaşı, itin timsalında yaşadığı Sovet dövrünün problemlərini tənqid etməsi isə əsəri daha da maraqlı məcraya daşıdı mənim üçün. Bu yazı tərzi mənə Corc Orueli xatırlatdı. Heyvanıstan kitabı da eynilə heyvanların timsalında sovet kommunizmini tənqid edirdi. Bulqakovun növbəti kitablarına da müraciət etmək lazımdır :)
Köpek Kalbi
Köpek KalbiMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 201919bin okunma
Bunca işin arasında nasıl yetişebiliyorsunuz, Flip Flipoviç? Acele etmeyen her yere yetişir.
Sayfa 43 - Türkiye iş bankasıKitabı okudu
Bu kadar sinirli bir köpeği buraya kadar getirmeyi nasıl başardınız, Filip Filipoviç? Sevecenlikle, efendim. Yani canlı varlıklara yaklaşırken mümkün olan tek yöntemle. Canlılar söz konusuyaa terörle bir yere varılmaz. Hangi gelişmişlik seviyyesinde olurlarsa olsun.... Terör sinir sistemini tamamıyla felç eder.
Sayfa 19 - Türkiye iş bankasıKitabı okudu
59 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.