Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Anam Sənə Əmanət

Kyung-Sook Shin

Anam Sənə Əmanət Yorumları ve İncelemeleri

Anam Sənə Əmanət yorumları ve incelemelerini, Anam Sənə Əmanət kitabı hakkındaki okur görüşlerini , Anam Sənə Əmanət puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.510 üzerinden
117 Kişi · 24 İnceleme
216 syf.
·
Puan vermedi
canım anam
Salam. bu kitabi texminen 6 7 ay evvel oxumusdum.bugun bir daha oxudum.ömrümde ilk defe bir kitabı ikinci defe bitirib üçüncü defe oxumaq istedim.. ömrünü övladlarına ve erine qurban edib öz xesteliyi ile bele maraqlanmayan ananın itmesi ile baslayan hekaye insana cox boyuk ders verir.kitabın her cumlesinde "göresen men nece övladam" deye düşünürsen..cümle cümle insanın ruhuna işleyir kitab.."göresen anam bilirdi..ömrüm boyu ona ne qeder ehtiyacım oldugunu??" Göresen bilir mi???
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Yənbu · 0282 okunma
216 syf.
8/10 puan verdi
·
Beğendi
·
44 günde okudu
Kitabı çox təsadüfən başladım oxumağa.Heç davam edib -etməyəcəyimi də bilmirdim.Çünki başqa kitab oxuyurdum və bunu sonraya saxlamalı idim.Amma oxudum...yaxşı ki də oxudum.Əvvəlləri məni çox özünə çəkməsə də ,sonra tam əksi oldu.Həqiqətən də ilk düşüncələrimdə yanıldığımı gördüm.O qədər incə,saf yazılıb ki...sevgini bütün ruhu ilə hiss edir insan.Valideynlərimizi,doğmalarımızı incitdiyimizi,heç fərqində belə olmadığımızı yada salır.Əsərin adı isə tamam fərqli bir situasiyada yaranır.Oxuduqca ad ilə əsərdəki uyğunluğu tapmağa çalışırdım və tapdıqda çox qəribə olmuşdum.Əsər boyu ananın övladları ilə eyni intizarda biz də onun yolunu gözləyirik.Amma qayıdırmı? Elə hər şey də bu sualda gizlənir Bir də Koreya yeməkləri ilə az da olsa tanış olmaq mümkündü əsərdə)Yaxşı ki oxudum.Heç unutmayacağam♡
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Yənbu · 0282 okunma
Reklam
·
Puan vermedi
Kitab, Park Sonyo adlı fədakar anadan bəhs edir. Lakin bu fədakarlığın, sevginin qarşılığını heç zaman görmür, hiss etmir. Övladları ona söz verir ki, yetkin olduqda, onu saraylarda yaşadacaq, əlini ağdan qaraya vurmasına icazə verməyəcək. Bu, sadəcə cümlə olaraq ananın ağlında qaldı. Çünki verilən vədlər unuduldu və bir daha xatırlanmadı. Hər kəs öz işini, ailəsini Anasından üstün hesab edirdi . Təkcə bir xoşagəlməz hadisədən sonra analarının varlığını, dəyərini, fədakarlığını hiss etməyə başladılar. İllər ərzində bu hissi bəxş etmədikləri üçün bir birilərini günahlandırdılar. Ana dedikləri qadını əslində nə dərəcədə yaxşı tanıyırdılar? sualına cavab tapa bilməmələri onları daha da pərişan edirdi. Amma artıq çox gec idi.. Onun müqəddəsliyi mərhələlərlə öyrənilir. Belə ki, kitab hissələrə bölünür; Yazar,, Həyat yoldaşı, 2 qızı və 2 oğlu anası barəsində, onun sevgisi, sədaqətini xarakterizə edən keçmiş xatirələrini, gözyaşardıcı anları biz oxuculara onların dilindən danışır. Romanda keçmişin xatirələri ilə indiki reallıqlar arasındakı əlaqə və şəxsiyyətin buqələmun aspektləri ilə bağlı mövzulara da toxunulub. ____ Xoşagəlməz hadisələr yaşanmazsa, varlığımızdan xəbərsiz olarlar. Bundan sonra özünü günahlandırmağın nə dərəcədə önəmsiz olduğu, işte, bu kitabda çox gözəl şəkildə təsvir olunub. Bu kitabı oxuyun deyərəm Birdə, ən əsası sevdiklərinizə vaxtında dəyər verməyi unutmayınnnn
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Yənbu · 0282 okunma
216 syf.
10/10 puan verdi
·
Beğendi
Anam sənə Əmanət..
Analar yer üzündə ən müqəddəs varlıqlardır. Əlbəttə söhbət yalnız övladını dünyaya gətirənlərdən deyil, onu təmənnasız sevən, hər daim yanında olan, fədakar və zəhmətkeş analardan gedir...Gün ərzində biz özümüzdə fərqində olmadan anamıza nə qədər ehtiyac duyuruq. Bəzən xırda, bəzən əhəmiyyətli olan məsələlərdə ilk anamıza sığınır, ona qaçırıq.
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Yənbu · 0282 okunma
216 syf.
·
Puan vermedi
·
278 günde okudu
💎Bir ana ilə qızı ya bir-birini yaxşı tanıyırlar, yada bir-birilə tamamilə yaddırlar. Biz burda bir-birmizi yaxşı tanıyanlardanıq. Bu movzuya oqədər həssasam ki, kitabı ilin əvvəlində oxumaqcun ayırmışdım. Amma həssas oldugum mövzuya o qədər zərif, sadə dillə toxunublar ki, uzun müddət ərzində oxuyub bir müddət həm sarsılıb, həm anama daha da yaxınlaşıb həmdə çox üzülürdüm. Kitabda gizli alzaymer xəstəliyi keçirən fədakar anadan, onu laqeyd olan övladlardan və həyat yoldaşından bəhs olunur. Gündəlik dialoqlar o qədər gözəl yazılıb ki, bəzən özünüzü tapa bilərsiz. Önəmsəməzliyin sonunu isə özünüz oxuyub öyrənsəz daha maraqlı olar. Ən əsası valideynlərimizin qədrin zamanın da bilək. Onların qəlbin bilmədən qırmayaq. Allah haqq dünyasına qovuşanlara isə rəhmət etsin, ailəsinə səbr versin. Xoş mütaliələr....
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Yənbu · 0282 okunma
216 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
Ananın da yaşamaq haqqı var!
" Anam sənə əmanət " əsərinin qəhrəmanı kədərlə , iztirab ,fədakarlıq, əzabla boyanmış ana obrazıdır . Qadın valideynlərinin arzularını yerinə yetirməlidir, qadın həyat yoldaşının qayğısına qalmalıdır, , qadın ailə qurduğu insanın da valideynlərinə , qohumlarına hörmət etməlidir , ana olduqdan sonra isə o , övladlarının da qayğısına qalmalıdır, onların istəklərini yerinə yetirməlidir , onlara sevgi göstərməli , onların hər zaman yanında olmalıdır və bu hər bir ananın etməli olduğu vəzifədir yəni , insanlar hər zaman belə düşünüb. Bəs ana? Ananın qayğısına kim qalacaq? , onun arzularını kim yerinə yetirəcək? Onun dərdləri ilə kim maraqlanacaq? Bu isə ya ağlımıza gəlməyən ya da o qədər də önəmli hesab edilməyən suallardandır. Əsər də bundan bəhs edir , bəzən insan düşünür ki, bu gün yorğunam, anamla sonra danışaram , indi vaxtım yoxdur, anamla sonra görüşərəm , amma bu sonralar heç də hər zaman olmur , həyat insana bəzi fürsətləri sadəcə bir dəfə verir . Əsərin hər səhifəsi bir ibrət dərsi verir və əsər insana əlində olanların dəyərini vaxtında anlamğı aşılayır. Atalar sözündə deyildiyi kimi " sonrakı peşmançılıq fayda verməz! "
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Yənbu · 0282 okunma
Reklam
216 syf.
6/10 puan verdi
Bu kitabı kitab oxuyan sehifelerde cox gormusdum her kesde tovsiyye edirdi.mende aldim oxudum amma o qeder de sevmedim. Eslinde yaxsi idi amma ana ozunden her seyi mehrum edir, ancaq ovladlari ucun yasayir oxudur boyudur.Mence ozunede baxmali idi cunki heyat onun heyati idi
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Yənbu · 0282 okunma
216 syf.
·
Puan vermedi
·
3 günde okudu
Anam sənə əmanət... Maraqlı, axıcı kitabdır. Ananın həyatını oxuduqca görürsən ki insan öz xəyallarını, arzularını da nəzərə almalıdır, həyatını heç kimə, hətta övladlarına görə belə qurban verməməlidir, canını qurban verə bilərsən ama həyatını əsla. Digər obrazların düşüncələrini oxuduqca isə həqiqətən hiss edirsən ki insanların qədrini o ya olmayanda, ya da səndən uzaqda olanda bilirsən. Süjet xətti maraqlıdır, amma kitabda nəsə qarışıqlıq var idi, sanki. Düşünürəm ki, yəqin tərcüməyə görə bu qarışıqlıq yaranıb.
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Yənbu · 0282 okunma
232 syf.
10/10 puan verdi
''Kusura bakma ama, insanlar bizi bu halde görseler ne derler?'' diye sorardı. '''Birlikte yaşıyoruz, ama birimiz önde, diğeri geride. Bize bakıp, bu iki insan birbirinden öylesine nefret ediyor olmalı ki yan yana dahi yürümüyorlar, derler. Başkalarına bu izlenimi vermek hoş bir şey değil. Elini falan tutacak değilim ya! Biraz yavaş yürüyüver. Ya çok geride kalır da sana yetişemezsem?'' dedi ve gerçekten de bir gün çok geride kaldı, kocasına yetişemedi ve kadın kocaman şehirde bir metro istasyonunda kayboldu! O kadın bir anneydi. Çok çocuklu bir fedakar anne. Çocukları küçükken hep ona sözler verdi. "Anneciğim seni saraylarda yaşatacağım !" dedi!!! Ama dimdik anne , zamanında her işe koşan anne, yaşlanınca, unutmaya başlayınca yaşamayı kimselerin yanına sığamaz oldu! Çünkü verilen sözler unutulmuş, herkes kendi işine, gücüne, ailesine dalmıştı! Peki pişmanlıklar neyi geri getirebilirdi? Koca şehirde kaybolan bir anneyi ... Ya da unutulan anne sevgisini... Peki, koca " sıfatı ile gezen bir adam da bir gün yaptıklarından ve yapmadıklarından pişmanlık duyar mıydı? Çevirisine, hikayesine ve anlatımına hayran kaldığım bu kitabı mümkün olsa da onlarca satın alıp, yolda gördüğüm insanların ellerine tutuşturabilsem... Markette beş liraya aldığım bu kitap, benim kalbimi beş bin parçaya böldü bıraktı. Hadi topla toplayabilirsen... Yok yok toplarsın , toplarsın bir de üzerine okuduklarının unutursun, çünkü sen, ben nankör insanoğlu olarak her şeyi , her güzel şeyi unuturuz!!!
Lütfen Anneme İyi Bak
Lütfen Anneme İyi BakKyung-Sook Shin · Doğan Kitap · 2011282 okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Anam...Anam sənə əmanət...
Kitabı düşünüb-düşünüb saatlarla ağlaya bilərəm.Mənə məlum olan,ancaq fərqinə varmadığım çox şeyi tapdım.Kitablar olub,bəzi yerində üzülürsən, bəzi yerində gülürsən.Ancaq mən bu kitabı hüznlə oxudum.Hansi ki,o hüzn mənə aramlıq qatırdı.Bu aramlıq buraxdığım səhvlərin nəticəsinin qarşıma qoyulmasından doğurdu.Çarəsizliyi,peşmanlığı iliklərinə qədər hiss edirsən.Gündəlik həyatımızda o qədər xırda hadisələr olur ki,onları göz ardı edirik.Vaxt gəlir onlar bizim ən böyük yaralarımızın açılmasına səbəb olur. Həqiqətən,biz bəzən ən böyük faktı unuduruq. Bu həyatda səni öz canından artıq ANAndan başqa kim istəyə bilər?Bunu dərk etsək,həyatımızı onu razı salmaqdan başqa heç nəyə sərf etmərik...
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Qanun Nəşriyyatı · 2019282 okunma
25 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.