Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Anam Sənə Əmanət

Kyung-Sook Shin

Sözler ve Alıntılar

Tümünü Gör
Niyə bəzi şeyləri bu qədər gec başa düşdün? Anan həmişə sənin gözündə ''ana'' olub.Onun da nə vaxtsa iməklədiyini,ilk addımlarını atdığını,üç,on,on iki ya da iyirmi yaşında olduğunu heç fikirləşməmişdin.Elə bil ana kimi dünyaya gəlmişdi.Uşaqlığı,cavanlığı olmamışdı.Dayının yanına həyəcanla qaçdığını görməsəydin,ağlına belə gəlməzdi ki,sənin qardaşına bəslədiyin hisslər onda da var.O gündən sonra ananın da nə vaxtsa uşaq olduğunu anladın.Sonralar ananı bəzən uşaq,yeniyetmə qız,gənc qadın,bəzən təzə gəlin,bəzən də səni dünyaya gətirən ana kimi xəyalında canlandırdın.
Elə bilirdin ki,ömür boyu bu cür yaşayaqsan.Amma arvadını gözləməyib qatara mindiyin gün o,sənə çata bilmədi.
Reklam
Əvvəlcə sol əlinlə yazmağa başladın.Belə sənə daha rahat gəlirdi.Ancaq nə vaxt sol əllə yazsan,qardaşın bambuk xətkeşlə əlinin üstündən vurardı.Axı anana söz vermişdi ki,sənə düzgün yazmağı öyrədəcək.Sən anadangəlmə soloxay olsan da,anan dönə-dönə tapşırırdı ki,bu vərdişindən əl çək.Deyirdi,yoxsa bu həyatda çox çətinlik çəkəcəksən. Mətbəxdə plovu sol əlinlə çəkəndə anan qaşığı götürüb o biri əlinə verərdi.Bir daha sol əlini uzadanda əlinin üstündən vurardı:"Adama bir sözü neçə dəfə deyərlər?"Sol əlin şişərdi. Sənsə qardaşın gözünü çəkən kimi tez qələmi sol əlinə alıbüst-üstə iki dairə çəkərdin,guya səkkiz yazırdın.Sonra qələmi sağ əlinə ötürərdin.Qardaşın səkkizi görən kimi onu necə yazdığını başa düşərdi.Sonra da əllərini açdırıb xətkeşlə ovuclarına vurardı.
- Dünyada ən yazıq insan evindən kənarda ölən insandır...
Həyatda nəyin ki, üstündə çox fikirləşirsən,o iş sənin gözündə qeyri-adiliyini,gözlənilməzliyini itirir. Hətta ən qeyri-adi hadisələri belə əvvəlcədən yaxşı-yaxşı götür-qoy eləyib hazırlıqlı olsan,o şey gözündə kiçilər,bəsitləşər. Əslində, "gözlənilməz" hadisələrlə qarşılaşırsansa,demək,onlar haqqında çox da baş yormamısan.
İnsan ancaq xoşladığı işləri görməz axı...Elə şeylər var ki,istəsən də,istəməsən də,eləməlisən
Reklam
-Deyirəm,ürəyin nə istəyir? -Kitab istəyirəm! -Kitab? -Hə,kitab!
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.