Gönderi

Əvvəlcə sol əlinlə yazmağa başladın.Belə sənə daha rahat gəlirdi.Ancaq nə vaxt sol əllə yazsan,qardaşın bambuk xətkeşlə əlinin üstündən vurardı.Axı anana söz vermişdi ki,sənə düzgün yazmağı öyrədəcək.Sən anadangəlmə soloxay olsan da,anan dönə-dönə tapşırırdı ki,bu vərdişindən əl çək.Deyirdi,yoxsa bu həyatda çox çətinlik çəkəcəksən. Mətbəxdə plovu sol əlinlə çəkəndə anan qaşığı götürüb o biri əlinə verərdi.Bir daha sol əlini uzadanda əlinin üstündən vurardı:"Adama bir sözü neçə dəfə deyərlər?"Sol əlin şişərdi. Sənsə qardaşın gözünü çəkən kimi tez qələmi sol əlinə alıbüst-üstə iki dairə çəkərdin,guya səkkiz yazırdın.Sonra qələmi sağ əlinə ötürərdin.Qardaşın səkkizi görən kimi onu necə yazdığını başa düşərdi.Sonra da əllərini açdırıb xətkeşlə ovuclarına vurardı.
·
292 görüntüleme
Kitabsever okurunun profil resmi
Ən böyük yanlışlardan biri
Dronqo okurunun profil resmi
Eynən,mənim anam da soloxay olub,amma məktəbdə müəllimi vurub qoymayıb,o da məcbur olub sağ əllə yazıb.Mən də sol əlimlə yazanda anam istəyib ki,öyrədə sağ əlimlə yazım,amma bağçadan deyiblər ki,uşağı məcbur etmək olmaz.(Yaxşı ki ,Rusiyada olmuşam,Azərbaycanda olsaydım yoxsa məcbur edərdilər bəlkə də.) İndi də ,anam elə həmişə deyir,sağ əllə də yazmağı öyrən,mən də elə bu yay öyrənəcəm deyib ,hələ də edə bilmirəm😁
3 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.