Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Anam və Həyatın Mənası

Irvin D. Yalom

Anam və Həyatın Mənası Gönderileri

Anam və Həyatın Mənası kitaplarını, Anam və Həyatın Mənası sözleri ve alıntılarını, Anam və Həyatın Mənası yazarlarını, Anam və Həyatın Mənası yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Mövcudluğun özünəməxsus tərəfləri yoxdur,hər bir fərd dünyaya tək gəlməyib,ağlasığmaz olmasına baxmayaraq,ümumbəşəri bir sistem var və kainat bizi görür, həm də mühakimə edir.
Sayfa 214
Başqalarının ölümü bizi öz ölümümüzlə üz-üzə qoyur. Bu, yaxşı şeydirmi? Bu cür üzləşmə kədət psixoterapiyasında təqdir olunmalıdırmı? Belə bir sual yaranır : Qaşınmayan yeri niyə qaşıyasan? Onsuz da, yaşadığı itkidən əziyyət çəkən dul adamlarda ölüm təşvişini alovlandırmaq nəyə lazımdır? Belə bir cavab ortaya çıxır : Çünki insanın öz ölümü ilə üzləşməsi müsbət şəxsi dəyişikliklərin baş verməsinə yol aça bilər.
Reklam
Bunu çoxdan öyrənmişəm ki,aralarında həllolunmalı böyük bir məsələ olan iki adam bu haqda danışmadıqda, əslində, başqa heç bir əhəmiyyətli məsələdən də danışmırlar
Sayfa 162
Hər bir psixoterapevtin ən vacib aləti öz şəxsiyyətidir və "indi və burada" terapiyasında ondan hərtərəfli və səmərəli şəkildə istifadə etməyi öyrənmək, bəlkə də, psixoterapevtlərin yetişməsində yeganə ən çox stimullaşdırıcı tapşırıqdır.
-Bizim Tanrı barədə son söhbətimizi xatırlayırsan? O söhbətin üstündən illər keçib, amma sənin müqəddəs şeylər barədə hisslərimin adamın qarnına gecə vaxtı dolan köpdən elə də fərqlənmədiyini deməyin yaxşı yadıma gəlir! - Kontekstdən kənar bu fikir hətta mənə də kobud gəldi. Lakin mən sənin xətrinə dəymək istəməmişdim. Demək istədiyim bu idi ki,hisslər elə hisslərdir. Kiminsə subyektiv vəziyyəti obyektiv həqiqəti heç vaxt sübuta yetirə bilməz. Arzu , qorxu, zəhm , əsməcə hissi o demək deyil ki.. - Bəli, bəli, sənin sarsılmaz materialist mövqeyini bilirəm, bunu dəfələrlə dinləmişəm və sözlərindəki ehtiras, sadiqlik, inam məni həmişə təəccübləndirib.
Sayfa 75
Mən fikrimi sənə çatdıra bilmirəm, ana. Gəl bunu başqa yolla ifadə edim : dünyadakı hər bir insan, əslində, tənhadır. Bu çox ağırdır, lakin vəziyyət belədir və biz bununla barışmalıyıq. Ona görə də mən öz düşüncələrimə və öz yuxularıma sahib olmaq istəyirəm. Sən də həmçinin. Ana, mən yuxularımdan çıxıb getməyini istəyirəm
Sayfa 26
Reklam
Niyə anlamır ki, alnına əbədi olaraq faciə yaşamaq yazılmayıb və bu qəribə inanclardan bərk-bərk yapışmasının səbəbi onun xoşbəxt, ya da bədbəxt olmasına tamamilə laqeydliklə yanaşan kainatda yaşadığını başa düşməkdən qorxmasıdır?
İstənilən kəs həyatın qəddar ekzistensial tərəfi ilə bacarıqla üzləşməyi necə bacarır? İnanıram ki, İren ürəyimin dərinliyində eyni dərəcədə xoşa gəlməyən iki yolun olduğunu bilirdi: inkarnın hər hansı formasını qəbul etmək, ya da dözülməz dərəcədə iztirablı dərklə yaşamaq. Magar Servantes ölməz Don Kixotun "Hansını istərdin: müdrik dəliliyi, yoxsa axmaq ağıllılığı?" sualı vasitəsilə bu dilem manı dilə gətirmirdi? Terapevtik yanaşmama güclü təsir göstərən bir meyil var: mən dərkin dəliliyə, ya da inkarın şüurluluğa apardığına heç vaxt inanmamışam. İnkarı uzun müddətdir ki, düşmən kimi görürəm və apardığım terapiyada, ya da şəxsi həyatımda ona mümkün olduqca meydan oxuyuram. Nəinki öz dünyaya baxışımı daraldan, xırdaçıllığı və asılılığı artıran bütün şəxsi illüziyalarımdan qurtulmağa cəhd göstərmişəm, həmçinin pasiyentlərimi də eyni şeyi etməyə cürətləndirmişəm. Kiminsə ekzistensiya vəziyyəti ilə səmimi şəkildə qarşı-qarşıya gəlməsinin qorxu və əsməcənin oyada biləcəyinə baxmayaraq, bunun, nəticədə, şəfalı və dolğunlaşdırıcı olduğuna inanıram. Beləcə, psixoterapevtik yanaşmamı Tomas Hardinin' bu cümləsi ilə qısaca ifadə etmək olar: "Nisbətən Yaxşıya aparan yol varsa, o, Ən Pisə hərtərəfli nəzər yetirmək imkanını tələb edir".
Sayfa 194
“Sən ölümdən o qədər qorxursan ki, özünü həyatına daxil olan hər şeydən uzaq tutursan. Elə bil həyatından faydalamaqdan qorxursan.”
Sayfa 367Kitabı okudu
Psixoanaltik-Otto Ranka
“Bəzi fərdlər ölümə borclu qalmamaq üçün həyatın verdiklərindən imtina edirlər.”
Sayfa 367Kitabı okudu
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.