Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bakıdan Gələn Xəfiyyə

Elxan Elatlı

Yorumlar ve İncelemeler

Tümünü Gör
308 syf.
10/10 puan verdi
·
1 saatte okudu
Bu ilin ilk kitabı
Bir günə bitirdiyim və məndə oxumaq həvəsi yaradan həmin o kitab. Əslində, Elxanın qadın obrazları ilə bağlı yazdıqlarını sevməsəm də hələlik əsərin özünə görə bunları gözardı edəcəm
Bakıdan Gələn Xəfiyyə
Bakıdan Gələn XəfiyyəElxan Elatlı · Teas Press Nəşriyyatı · 0867 okunma
Reklam
308 syf.
7/10 puan verdi
·
6 günde okudu
Normalda deyirlər ki, yəni ən azından mən belə eşitmişəm: "Xarici detektiv əsər oxuduqdan sonra, yerli detektiv janrda olan əsər oxumaq maraqsız və sadə olur." Bu fikirlə razı deyiləm, heç olmasa oxuduğum bu kitaba əsasən deyirəm ki, xarici, yad fikirlərlə, bol informasiyalarla dolu, ustalıqla qələmə alınmış detektiv əsərdən sonra bu kitabı oxumaq, məni heç də sıxmadı. Əksinə deyərdim daha doğma gəldiyi üçün daha çox zövq aldım. So, bu fikir yanlışdır. Roman qalsın qıraqda, ümumi yazıçılara nəzər yetirsək də, deyə bilərəm ki, xarici yazarların yanında belə bir yazıçımızın olması qürurverici haldır. Başda təsviretmə bacarığı olmaqla hadisələrə qatdığı müəmma, sonadək oxucunu həyəcanlandıra bilir. Hətta deyərdim ki, Agata Christie'nin Puaro'suna, Dan Brown'un Lenqton'una baxdıqda Elxan Elatlının yaratdığı baş obrazı daha çox sevirəm. Kendisi soyuqqanlılıqda mənə çekmiş:) həqiqətən, Qanbay Qasımlı təmkini və baxış açıları ilə çox cool təsvir edilib, başda Sherlock olsa da. Əsər haqqında da ümumi məlumat verim. Hadisələr Moskvada bir yemək məclisində bir rus iş adamının zəhərlənməsi və onun erməni sürücüsünün öldürülüb çaya atılması ilə başlayır. Sonra da bu cür sirli düyünü aça bilməyən yerli müstəntiqlər, çıxış yolunu Bakılı xəfiyyədə görür.. Hə, belənçiy, maraqlı idi, oxuya bilərsüz.
Bakıdan Gələn Xəfiyyə
Bakıdan Gələn XəfiyyəElxan Elatlı · Teas Press Nəşriyyatı · 0867 okunma
308 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Soyuqqanlı insanların həmişə keçmişində böyük mənəvi yaralar olur. Qasımlı kimi birinim də bu dərəcə insanlardan uzaqlaşmasının səbəbi keçmişi ilə bağlı imiş. Yaşadıqları olduqca ağır olan qəhrəmanımız yenə öz düşüncə fərqliliyi ilə hər kəsi yanıltmağı və cinayətin üstünü açmağı bacardı....
Bakıdan Gələn Xəfiyyə
Bakıdan Gələn XəfiyyəElxan Elatlı · Teas Press Nəşriyyatı · 0867 okunma
308 syf.
·
Puan vermedi
Doğrudan da, dəyərmiş yaşamağa !
HƏRKƏSƏ SALAM Uzun müddət xarici ədəbiyyatın müxtəlif janrlarında bir çox əsər oxuduqdan sonra nəhayət ki, yerli yazıçılarımızın qələmindən əsərlər oxumaq qərarı aldım. Daha əvvəl oxuduğum kitabları belə, bu tətbiqi daha aktiv istifadə etmək qərarı aldığım üçün təkrarən oxuyub, maraqlı sitatlarını paylaşıb, oxumayanları da sövq etmək adına
Bakıdan Gələn Xəfiyyə
Bakıdan Gələn XəfiyyəElxan Elatlı · Teas Press Nəşriyyatı · 0867 okunma
Reklam
308 syf.
7/10 puan verdi
·
26 saatte okudu
Elxan Elatlıdan oxuduğum 2-ci kitab. Kitab bütün detektiv əsərlər kimi çox axıcıdır. Qətli kimin törətdiyini son ana qədər bilmək olmur, detektiv əsərlərini də maraqlı edən budur.
Bakıdan Gələn Xəfiyyə
Bakıdan Gələn XəfiyyəElxan Elatlı · Teas Press Nəşriyyatı · 0867 okunma
308 syf.
10/10 puan verdi
·
7 günde okudu
Kitab çox gözəl və axıcıdır. Ümumiyyətlə,indiyədək Elxan Elatlının oxuduğum bütün kitablarını bəyənmişəm. Oxumağınızı tövsiyə edirəm. Kitabda ən bəyəndiyim personaj: Seymur oldu. Onun həyat yoldaşını uzaqdan sevməsi, onun xoşbəxtliyi ücün əlindən gələni etməsi.. Sadəcə,çox gözəldir. İncələmə üçün yazmağa bir şey yoxdur. Sadəcə,oxuyun bu kitabı!
Bakıdan Gələn Xəfiyyə
Bakıdan Gələn XəfiyyəElxan Elatlı · Teas Press Nəşriyyatı · 0867 okunma
·
Puan vermedi
Bu kitabı oxumağa başladım. Birinci səhifədən o növbətinin oxunmasına çəkir və zəncir reaksiyası belə başlanır. Mən eylə biriyəm ki, bütün kitabları bəyənmirəm amma məhz xəfiyyənin janrının kitabları və ona oxşar başka bir janr, həmişə məni özünə çəkir. Növbəti cavabı əsəri oxuyub qurtaran kimi qoyacağam
Bakıdan Gələn Xəfiyyə
Bakıdan Gələn XəfiyyəElxan Elatlı · Teas Press Nəşriyyatı · 0867 okunma
308 syf.
·
Puan vermedi
·
8 günde okudu
Möhtəşəmmmmm bir sözlə! Çox bəyəndim kitabı. Kitabən mövzusu Elxan Elatlının kitablarının çoxunun qəhrəmanı polkovnik Qanbay Qasımlının Uzaq Sibirdə baş vermiş sirli cinayətin açması barəsində idi.Spoiler vermək istəmirəm. Mütləq oxumağı tövsiyyə edirəm.
Bakıdan Gələn Xəfiyyə
Bakıdan Gələn XəfiyyəElxan Elatlı · Teas Press Nəşriyyatı · 0867 okunma
Reklam
308 syf.
·
Puan vermedi
Elxan Elatlı-Bakıdan Gələn Xəfiyyə
Elxan Elatlı Azərbaycanda hal hazırda ən çox oxunan yazarlardandır. Bəlkə də birincidir. Yazarın oxuduğum ikinci əsəridir. Kitab olduqca axıcı idi ancaq bəzi şeylər mənim xoşuma gəlmədi. Kitab boyu 4 əsas qadınla tanış olduq. Nataşa Elnarə Yelena ve Serafimovun arvadı. Serafimovun arvadını çıxmaq şərti ilə digər qadînların hər biri təcavüzə uğramış qadınlar idilər. Yazarın oxuduğum digər kitabı olan "Qanbay Qasımlının Xəfiyələri" əsərində də buna bənzər hadisələr cəryan edirdi. İş orasindadirki bu qizların heç biri kitabda 18 yaşında deyildi. Nataşa öz atalığı tərəfindən zorlanır. Sonra isə gecələr beraber olurlar. Ve evlenirlər.Kitabi oxuyanda bezen ele geldiki sanki pronoqrafik hekayə oxuyuram. Kitabı uzatmaq üçün mənasız hekayeler olduğunu düşünürəm. Mənim oxuduğum nəşr 336 səhifə idi. Əgər elə hekayeleri çıxsaq kitab max 200 250 səh olardi. Amma yenədə kitabdaki axış insanı özünə cəlb edir. Hərkəsə xoş oxumalar arzu edirəm
Bakıdan Gələn Xəfiyyə
Bakıdan Gələn XəfiyyəElxan Elatlı · Teas Press Nəşriyyatı · 0867 okunma
272 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Sonra birdən-birə gülümsədi. "Yaşamağa dəyərmiş! - deyə düşündü. - Doğrudan da, dəyərmiş yaşamağa!" Yenə bir bitmiş kitab və yenə xoşbəxt son...☆
Bakıdan Gələn Xəfiyyə
Bakıdan Gələn XəfiyyəElxan Elatlı · Elgün Nəşriyyat · 2011867 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.