Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir Aradayız, Hepsi Bu

Anna Gavalda

Sayfa Sayısına Göre Bir Aradayız, Hepsi Bu Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Bir Aradayız, Hepsi Bu sözleri ve alıntılarını, sayfa sayısına göre Bir Aradayız, Hepsi Bu kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
...əlbəttə ki, həftənin günlərini ayırd edirdi - bu həyatda ona başqa nə qalırdı ki? Günləri saymaq, bir günün digərini əvəz etməsini gözləmək və keçən günü dərhal unutmaq.
Sayfa 8 - Qanun NəşriyyatıKitabı okudu
Məgər bu dəhşətli deyilmi - qocalmaq, özü də tam tənhalıqda? Daim supermarketə gecikmək və kassanın yanında boş araba tapmamaq?
Sayfa 10 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
Təbəssüm onun məxfi silahı, özəl bir üsulu idi. Münasib olmayan bir həmsöhbətlə söhbətin mövzusunu dəyişmək üçün son dərəcə təsirli bir vasitə idi!
Sayfa 16 - Qanun NəşriyyatıKitabı okudu
Anlayardı? Əlbəttə. Elə ona görə Kamilla dinmirdi.
Sayfa 27 - Qanun NəşriyyatıKitabı okudu
İstədiyin qədər yalan danışmaq, amma əsla geri dönməmək şərtilə.
Sayfa 27 - Qanun NəşriyyatıKitabı okudu
- Niyə bu tükürpədici eynəyini heç zaman çıxarmırsan? Elə bil burada günəş yoxdur... - Mənə belə daha rahatdır. Eynəkdən dünyanı olduğu kimi, həqiqi rənglərilə görürəm...
Sayfa 49 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
"...insanlar danışmağı tərgidəndə, dəli olurlar."
Sayfa 59 - Qanun NəşriyyatıKitabı okudu
Bu hissə məni hər zaman səbəbsizcə duyğulandırır :')
Həyat ona hər gördüyünə etibar etməməyi və gələcək planlar qurmamağı öyrətmişdi, lakin bir şeydən Kamilla tamamilə əmin idi: nə vaxtsa, uzaq bir gələcəkdə, qoca, ağ saçlı və üzü qırışlı olanda, əlləri qəhvəyi ləkələrlə dolanda, onun özünün şəxsi evi olacaq. Mürəbbə bişirmək üçün mis lǝyǝnli, bufetin üst rəfində olan dəmir peçenye qutulu, möhkəm quraşdırılmış kəndli stolu və kreton pərdəli həqiqi bir ev. Kamilla gülümsəyirdi. O, həyatında kreton pərdələr görməmişdi və ona məhz belə pərdələr lazım olacağından da əmin deyildi, lakin bu söz birləşməsinin eşidilməsi onun xoşuna gəlirdi - kreton pərdələr... Onun evində dostlar üçün otaqlar olacaq və kim bilir! - bəlkə, onun dostları da olacaq? O, səliqəli bir bağ salacaq, toyuqlar yumurtlayacaq (o, ilıq bişirilmiş yumurtanı sevir), pişiklər siçan ovlamağa başlayacaq, itlər də pişikləri qovacaq. Ətirli otların qoxusu, buxarı, basılıb əyilmiş kreslolar və hər tərəfdə kitablar. Ağ süfrələr, hərracda alınmış yumru, bəzəkli salfetlər, atasının sevdiyi operaları dinləmək üçün musiqi mərkəzi və nahar üçün yerkökü ilə ət qızardacağı soba...
Sayfa 69 - Qanun NəşriyyatıKitabı okudu
- E-e-e... - oğlan qızdırıcının təlimatını oxumağa başladı. Belə-ə-ə, indi baxarıq... Mexanik termostat, yığışdırılan şnur, nizamlaşdırılan güc, hava nəmləndiricisi və... təkərlər! Bəli, madmazel! - Əla! Mən onu çarpayıma yaxınlaşdıra biləcəyəm... - E-e-e... Bilirsiniz... Daha bir variant var... Çarpayıda sizi sevdiyiniz insan isidə bilər.... - Haqlısınız, amma onun şnuru yığışdırılan deyil... - Hə, bunu dəyişmək olmaz... Oğlan gülümsəyirdi.
Sayfa 71 - Qanun NəşriyyatıKitabı okudu
Danışmaq istəmirdi. İçində daş-kəsək, küçədə bərk soyuq idi.
Sayfa 92 - Qanun NəşriyyatıKitabı okudu
55 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.