Gönderi

Bu hissə məni hər zaman səbəbsizcə duyğulandırır :')
Həyat ona hər gördüyünə etibar etməməyi və gələcək planlar qurmamağı öyrətmişdi, lakin bir şeydən Kamilla tamamilə əmin idi: nə vaxtsa, uzaq bir gələcəkdə, qoca, ağ saçlı və üzü qırışlı olanda, əlləri qəhvəyi ləkələrlə dolanda, onun özünün şəxsi evi olacaq. Mürəbbə bişirmək üçün mis lǝyǝnli, bufetin üst rəfində olan dəmir peçenye qutulu, möhkəm quraşdırılmış kəndli stolu və kreton pərdəli həqiqi bir ev. Kamilla gülümsəyirdi. O, həyatında kreton pərdələr görməmişdi və ona məhz belə pərdələr lazım olacağından da əmin deyildi, lakin bu söz birləşməsinin eşidilməsi onun xoşuna gəlirdi - kreton pərdələr... Onun evində dostlar üçün otaqlar olacaq və kim bilir! - bəlkə, onun dostları da olacaq? O, səliqəli bir bağ salacaq, toyuqlar yumurtlayacaq (o, ilıq bişirilmiş yumurtanı sevir), pişiklər siçan ovlamağa başlayacaq, itlər də pişikləri qovacaq. Ətirli otların qoxusu, buxarı, basılıb əyilmiş kreslolar və hər tərəfdə kitablar. Ağ süfrələr, hərracda alınmış yumru, bəzəkli salfetlər, atasının sevdiyi operaları dinləmək üçün musiqi mərkəzi və nahar üçün yerkökü ilə ət qızardacağı soba...
Sayfa 69 - Qanun NəşriyyatıKitabı okudu
·
57 görüntüleme
İnci Zadə okurunun profil resmi
Bir insanın bu qədər sadə, düşüncəsi yormayan, hüzur verən arzulara sahib olmasına həsəd aparıram, bəlkə də. Öz arzularımı isə bəyənməz olmuşam...
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.