Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir Aradayız, Hepsi Bu

Anna Gavalda

Bir Aradayız, Hepsi Bu Sözleri ve Alıntıları

Bir Aradayız, Hepsi Bu sözleri ve alıntılarını, Bir Aradayız, Hepsi Bu kitap alıntılarını, Bir Aradayız, Hepsi Bu en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Özünə əziyyət verərək sinǝyǝ döyməyin adı nədir axı? Nə üçün? Sərbəstlik, müstəqillik üçün? Nailiyyətə bir bax! Uzun illərdir bunun üçün əlləşirdi, nǝyǝ nail oldu? Nə əldə etdi?
Sayfa 139 - Qanun NəşriyyatıKitabı okudu
"Mənim tormozla problemim var... Bilmirəm necə başa salım... Çox vaxt mənə elə gəlir ki, beynimdə bir düymə çatışmır... Hesabımı düzgün apara bilmirəm."
Sayfa 198 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
İnsanlar arasında addımlayaraq, böyük bir yol keçdiyini düşünürdü.
Sayfa 183 - Qanun NəşriyyatıKitabı okudu
Danışmaq istəmirdi. İçində daş-kəsək, küçədə bərk soyuq idi.
Sayfa 92 - Qanun NəşriyyatıKitabı okudu
Məgər bu dəhşətli deyilmi - qocalmaq, özü də tam tənhalıqda? Daim supermarketə gecikmək və kassanın yanında boş araba tapmamaq?
Sayfa 10 - Qanun NəşriyyatıKitabı okudu
...əlbəttə ki, həftənin günlərini ayırd edirdi - bu həyatda ona başqa nə qalırdı ki? Günləri saymaq, bir günün digərini əvəz etməsini gözləmək və keçən günü dərhal unutmaq.
Sayfa 8 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
Matilda <3
O, bizim balaca planetimizlə qorxusuz va şübhəsiz addımlayırdı, dünyada hər şeylə maraqlanırdı, ən xırda bir şeyə belə heyrətlənməyi bacarırdı, hər şey onu əyləndirirdi, hiddətləndiyi hallar olurdusa da, onu da aram-aram, incə-incə edirdi, söhbət zamanı əli ilə astaca həmsöhbətinin əlinə toxunurdu, səsini heç vaxt yüksəltmirdi, dörd və ya beş dilə mükəmməl sahib idi və yüksək bacarıqla insanı tərk-silah edə biləcək təbəssüm altında gizlənməyi bacarırdı.
Sayfa 438 - Qanun NəşriyyatıKitabı okudu
"Nədən sənə inana bilmirəm? Nədən sənə əzab verirəm? Nədən qəlbimə polad geyim geyindirib çiyin qayışı taxmışam? Hansı cəhənnəmə fikirlərimi axmaq xırdalıqlarda cəmləyirəm? Lənətə gələsən, bir çarə qıl! Çamadanın içində axtar, çox güman ki, oradan zirehi deşib oyuq açmağa bir alət tapacaqsan ki, mən nəfəs ala bilim..."
Sayfa 516 - Qanun NəşriyyatıKitabı okudu
- ...bilirsinizmi, mən güc tətbiqli münasibətlərə vərdiş etməmişəm. Adətən, mən heç mübahisə etməyə cəhd göstərmədən geriyə çəkilirəm... - Niyə? - Elə ona görə. - Ona görə ki, bu, o qədər yorucu deyil? - Hə. - Bu ən yaxşı strategiya deyil, ina... inanın mənə. Uzunmüddətlilik baxımından bu, həmişə məğlubiyyətlə nəticələnir.
Sayfa 153 - Qanun NəşriyyatıKitabı okudu
“Rənglər nə qədər şəffaf olarsa, rəsm əsəri bir o qədər mükəmməl olar...”
Sayfa 189Kitabı okudu
59 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.