Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bəy Atlı Şeirlər

Vaqif Bayatlı Odər

Bəy Atlı Şeirlər Sözleri ve Alıntıları

Bəy Atlı Şeirlər sözleri ve alıntılarını, Bəy Atlı Şeirlər kitap alıntılarını, Bəy Atlı Şeirlər en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Həm də hər an duyacaqsan, hamını sevsən də, hamını ötmək istəyirsən, elə sevgidə də, bil, sən tək deyilsən, hamı hamını ötmək istəyir, hamını ötməkçün də hər an, hər an özün özünü ötməlisən, həm də hər an gərək duyasan, özündən, öz gücündən daldasan. Bəlkə sənə xoş gəlir hamıdan dalda qalmaq, hamının başının arxasını, keçəlini, kürəyini, kimin kimi ötməyini ətəyini öpməyini görmək sənə daha xoş gəlir?! Bu cür sən lap ən ucası hamının paxırını açan, Hamının paxılı ola bilərsən ancaq. Heç kimin paxıllığını çəkmək istəmirsənsə, durma, durma, hər gün ağlınla ağlını, getdiyin yolunla yolunu öt, ötməsən, duyacaqsan hər an, tək bu dünyadan yox, hər iki dünyadan da daldasan. Sən ancaq, ancaq hər iki dünyanı ötəndə duyacaqcan, hamıdan güclüsən, itisən, duyacaqsan, hətta duranda da hamını ötürsən, hamı azdır, hər an zamanı da öt, dayandır, durdur, min illər sonra da səni soruşacaqlar: Doğrudanmı, zamanı, dünyanı ötən, dayandıran o dəli hələ də durur?!
Sayfa 132Kitabı okudu
Reklam
Kim hər gün ölə - ölə, Kim özün asıb dolanır, Kim təptəzə kəndirlə, Kim də lap kasıb dolanır.
Sayfa 219Kitabı okudu
Hər şair elə bilir dünyanın son şeirini o yazacaq, o ancaq, bu dünyada şeir də, söz də onunla qurtaracaq.
Mən səni sakitcə, yavaşca sevmək istəyirəm, Tanrıdan yazılantək. Bir balaca quş öz balaca yuvasının küncünə qısılantək.
Reklam
Mən səni sakitcə, yavaşca sevmək istəyirəm. Sevmək istəyirəm Tanrıdan yazılantək, Bir balaca quş Öz balaca yuvasının küncünə qısılantək.
"Sözə aşiq olduğumdan, məndən sonra subay söz qalmıyacaq... "
Qara qız ol, qara torpaq, ol dəlin olum sənin. Gir qoynuma, tək məni sev, Son sevgilin olum sənin.
Unudulacaq bütün sevdalar, Unudulacaq bütün nəğmələr, Unudulacaq unudulmaz hər nə var, Ancaq təkcə mən səni yenidən sevməkçün hər bahar yenidən unudacağam.
14 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.