Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Doktor Jivaqo

Boris Pasternak

Sözler ve Alıntılar

Tümünü Gör
Shakespeare'in dediği gibi 'Kaderin kitabında aynı satırda yazılıyız biz.'
"Bir az öncə Tanrının ondan üz çevirdiyini düşünmüşdü. Amma Tanrı burada idi, yatağının başının üstünü kəsdirib durmuşdu. Və bir cüt bəmbəyaz qadın qolu sevgi ilə ona tərəf uzanırdı. Sevincdən Yuri Andreyeviçin gözləri qaralırdı. Sanki bir boşluqda üzür, özünü dibsiz bir uçuruma, bir sevgi uçurumuna yuvarlanırmış kimi hiss edirdi. Yura bütün
Sayfa 454
Reklam
Hər şey çox sürətlə dəyişmişdi, çoxu müstəqil şəkildə düşünməkdən, fikir yürütməkdən çəkinirdi və görünür, heç kəsin müstəqil, azad fikri yox idi.
Bu dünyada adamın ailəsindən, işindən əziz başqa nə ola bilər?!
Doktor həmin həyata görə narahat idi, həmin həyatı bütöv, necə varsa, elə görmək üçün uçunurdu, gecənin qaranlığını yaran sürət qatarında az qala qanad açıb uçmaq, bir an belə vaxt itirmədən o həyata qovuşmaq, arxada qalan iki illik həsrətə son qoymaq istəyirdi.
Vicdanın ağırlığı
O, Tonyaya xəyanəti kimisə ondan üstün tutaraq edib? Yox, o, heç kəsi seçməyib, kimsəni onunla müqayisə etmək fikrinə düşməyib. “Azad sevgi” ideyaları, yaxud “Duyğuların tələbi” ifadələri ona yad idi. Belə şeylərdən danışmaq, onlar haqda düşünmək ona alçaqlıq kimi gəlirdi. Ömrü boyu “həzz çiçəyi”ni üzməyib, özünü fövqəlinsanlara aid etməyib, özü üçün xüsusi güzəşt və üstünlüklər istəməyib. İndi o, ləkəli vicdanının ağırlığı altında əzilirdi.
Sayfa 354 - Teas PressKitabı okudu
Reklam
Onların baxışlarından dünyanın axırının necə olacağı, xoş, rahat günlərin nə vaxt geri qayıdacağı sualı oxunurdu.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.