Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zəhra Hadıyeva

Zəhra Hadıyeva
@Pluviophile11
“Ey Rəbbim! Sənin mənə bəxş etdiyin hər xeyrə möhtacam.” Qəsəs 24
Sabitlenmiş gönderi
Yağış yağır, rəqs еyləyir gur damlalar, Sıra-sıra, inci-inci nur damlalar. Göydə iki qara bulud çatılaraq, Ildırımlar şaqqıldayır şaraq-şaraq. Quşlar uçur yuvasına pırıl-pırıl, Şırıldayır navalçalar şırıl-şırıl. Çaхnaşmada göy üzündə ildırımlar, Bir-birinə dəydi, baхın, qaldırımlar. Dönmələrdə durana baх, qaçana baх! Qaldırımda o balaca oğlana
Reklam
%37 (83/224)
Seçilmiş Əsərləri
Seçilmiş ƏsərləriMəmməd Araz
9/10 · 24 okunma
Stalinqradda idik. Ən dəhşətli döyüşlər orada gedirdi. Ən dəhşətliləri. Axı adamın iki ürəyi olmur - biri sevməyə, o biri də nifrət etməyə. Adamın bir ürəyi olur və fikirləşirdim ki, ürəyimi necə qoruyum. Müharibədən sonra bir müddət səmaya baxmağa qorxurdum, hətta başımı qaldırmağa qorxurdum. Şumlanmış torpaq görəndə qorxurdum. Amma daha səmada quşlar uçurdu. Quşlar müharibəni çox tez unutdu…
Sayfa 400 - Tamara Stepanovna Umnyagina, serjant, sanitar-təlimatçıKitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Özümü düşünmürdüm. Sürünürsən, qaçırsan. Ancaq qan qoxusu… Gəl ki, qan qoxusuna öyrəşə bilmirdim… …Qırmızı parçadan özümə köynək tikmişdim, bir gündən sonra əllərimdə ləkələr əmələ gəldi. Suluqlar. Nə qırmızı çit parça, nə qırmızı qızılgül, nə qırmızı qərənfil - götürə bilmirdim. Qırmızı rəngi, qan rəngini götürə bilmirdim. Elə indi də evimdə qırmızı rəngli heç nə yoxdur.
Sayfa 384 - Tamara İvanovna Kurayeva, tibb bacısıKitabı okudu
“Yaz fəsli idi. Cavan uşaqlar həlak olurdu, yazda həlak olurdu onlar… Martda, apreldə… Unuda bilmirəm… Yazda bağlar, bağçalar çiçəkləyəndə, hər kəsin qələbə xəbərini gözlədiyi vaxt həlak olanları dəfn etmək çətin olurdu.
Reklam
400 syf.
·
Puan vermedi
·
15 günde okudu
Müharibənin Qadın Olmayan Üzü
Müharibənin Qadın Olmayan ÜzüSvetlana Aleksiyeviç
9/10 · 1.056 okunma
Berlinə qədər gedib çıxdım. Reyxstaqın üstündə yazdım: “Mən Sofiya Kuntseviç, bura müharibəni öldürmək üçün gəlmişəm”.
Yazdır… Biz bir yerlə gedirdik, döyüş təzəcə başa çatıb, yaralıları axtarırıq. Getdiyimiz yer tarladır, sünbüllər tapdalanıb… İki cavan yaralıya yaxınlaşıram - biri bizim əsgərdir, o biri alman əsgəri. Sünbüllərin üstündə uzanıb səmaya baxırlar… Onların üzündə hələ ölüm işartısı hiss olunmur. Sadəcə uzanıb səmaya baxırlar… O gözləri unuda bilmirəm…
“Yada salmalı o qədər hadisə var ki… Dayanmadan danışmaq olar… Əsas olan bilirsiniz nədir? Mən müharibədəki səsləri xatırlayıram. Ətrafda nə varsa od tutub yanır və uğuldayır, cingildəyir, şaqqıldayır… Müharibədə adamın ruhu qocalır. Müharibə qurtarandan sonra mən bir də heç vaxt gənc ola bilmədim. Mənim hisslərim… qocalmışdı…”
Müharibədə nə varsa, hamısı dəhşətdir, orada insanlığa aid heç nə yoxdur. Kim desə ki, müharibə qorxulu deyil, inanmaram.
Olqa Yakovlyevna Omelçenko, atıcı rotasının sanitar-təlimatçısıKitabı okudu
Reklam
Bizə elə gəlirdi ki, bundan sonra dünyada bir də heç vaxt müharibə olmayacaq. Daha heç kəs müharibə arzulamayacaq. Ona görə də istəyirdik ki, bütün mərmiləri partladaq, məhv edək. Nəyə lazımdır axı onlar? Biz nifrət etməkdən doymuşduq. Güllə atmaqdan yorulmuşduq.
“Müharibə qurtardı! Müharibə qurtardı! Kimin əlində nə silah var idisi atəş açırdı; avtomat, tapança… Toplardan atəş açırdıq. Biri göz yaşını silir, o biri sevinir: “Sağam! Mən sağam!” Bir başqası da yerə yıxılıb daşı-torpağı öpür, qucaqlayır… Sevindiyindən… Mən isə heykəl kimi donub qalmışam, fikirləşirəm: əgər müharibə qurtardısa, demək atam bir də evimizə qayıtmayacaq. Müharibə qurtardı… Atam isə müharibədə qaldı…
Valentina Pavlovna Çudayeva, serjant, zenit qurğuları komandiriKitabı okudu
Ağlım və ruhumla tab gətirə bildim. Fiziki yox ha, ağlım və ruhumla. Yəni dişimi-dişimə sıxaraq olmadı bu…
Müharibədən sonra da mən on beş il kəşfiyyata getmişəm. Hər gecə. Yuxularım da eyni: ya avtomatım güllə atmır, ya bizi mühasirəyə alıblar. Hər səhər yuxudan duranda dişlərim sızıldayırdı. Bilmək istəyirsən haradasan. Oradasan, yoxsa burada?
Nadejda Vasilyevna Anisimova, pulemyot rotasında sanitar-təlimatçıKitabı okudu
538 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.