Ağaca çatmamış,
Tanrının yuxusundan da yaşıl
bir bağ yolu var
və orada sevgi sədaqətin
qanadları qədər mavidir.
O küçənin yetkinlik boylanan
sonunadək gedərsən,
sonra tənhalıq gülünə
doğru dönərsən,
gülə iki addım qalmış,
yerin əbədi əsatir fəvvarəsinin
yanında dayanarsan
və səni şəffaf bir qorxu bürüyər.
Səmimiyyət süzülən o fəzada
bir xışıltı eşidərsən:
Bir uşaq görərsən,
nur yuvasından bala götürmək
üçün hündür şam ağacına dırmaşıb.
Ondan soruşarsan:
dostun evi hardadır?