Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Hammurapi Qanunu

Çingiz Abdullayev
Kseniya Morjikova – bu ad oxucuya müəllifin Azərbaycan dilində nəşr olunmuş “İngilis bulvarı” və “Tver bulvarı” romanlarından tanışdır. O, Moskvada, Mark Borisoviç Rozentalın vəkil kontorunda çalışan hüquqşünas qadındır; eyni zamanda bütün tanışları bu qadını həvəskar detektiv kimi tanıyırlar. Bir dəfə rəfiqəsi zəng vurub, yaxın qohumuna kömək etməsini ondan xahiş edir. Belə ki, rəfiqəsinin qohumu Mariya Antonovnanın əri – tikinti kompaniyasının vitse-prezidenti, məşhur biznesmen Vadim Yevgeniyeviç Strekavin qəflətən yoxa çıxıb. İlk baxışdan məsələ çox sadə görünür: ehtimal ki, adam oğruları biznesmeni onun ailəsindən pul qoparmaq niyyəti ilə girov götürüblər. Ancaq üstündən bir həftə keçsə də, heç kəs Mariya Antonovnaya zəng vurmur, onunla əlaqə saxlamır. Üstəlik, bu arada biznesmenin cangüdəni də çox müəmmalı şəkildə qətlə yetirilir və hadisələr tamamilə dolaşıq məcraya düşür. Ortaya yeni-yeni suallar çıxır: biznesmeni kim oğurlaya bilərdi və onun aradan götürülməsi hansı qüvvələrin marağındadır?! Öz hərəkətlərini həmişə çox ehtiyatla ölçübbiçən və heç vaxt risqə yol verməyən Vadim Strekavinin qəflətən yoxa çıxmasının səbəbi nədir? Beləliklə, Kseniya Morjikova öz şəxsi araşdırmalarına başlayır və üç günlük təhqiqat prosesində bir-birindən dəhşətli situasiyalarla üzləşir. Suallar getdikcə çoxalır, konkret cavab isə yoxdur. Belə görünür ki, həqiqəti üzə çıxarmaq mümkün olmayacaq! Amma Kseniya Morjikova, həmişə olduğu kimi, bu dəfə də əsl həqiqəti üzə çıxara bilir. Necə? Oxucu bu sualın cavabını yalnız roman ilə tanışlıqdan sonra biləcək.
Yazar:
Çingiz Abdullayev
Çingiz Abdullayev
Tahmini Okuma Süresi: 8 sa. 23 dk.Sayfa Sayısı: 296Basım Tarihi: 2012Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952262742Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.