Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ayetullah Hamenei'nin Penceresinden

Kadın ve Aile

Ali Hamaney

Kadın ve Aile Yorumları ve İncelemeleri

Kadın ve Aile yorumları ve incelemelerini, Kadın ve Aile kitabı hakkındaki okur görüşlerini , Kadın ve Aile puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

1010 üzerinden
2 Kişi · 1 İnceleme
174 syf.
10/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
Artıq 2 həftədir ki, başladığım "qadın və ailə" kitabı maratonum bu gün bitdi. Əvvəlcə onu qeyd edim ki, ağa Xameneinin özünəxas təfəkkür tərzinə malik bir şəxsiyyət olduğunu bilirdim, lakin bu kitabı mütaliə etdikdən sonra onun barəsində olan müsbət fikirlərim daha da artdı. Kitab xütbələr əsasında hazırlanıb, 174 səhifədən ibarətdir. Dili o qədər sadə və zərifdir ki, insan oxuduqca elə təəssürat yaranır ki, sanki ağa üz-üzə ona moizə edir. Sətirlərdəki səmimiyyət insanı valeh edir, bir anlıq kitab oxuduğunu unudur insan. Kitabın mövzusu ailə və ailədə, ümumiyyətlə cəmiyyətdə qadının rolu haqqındadır. İlk olaraq onu qeyd edim ki, bu kitabı oxumadan öncə ailə qurmaq termininin bu qədər zəruri olduğunu bilmirdim bu zərurət mənə ağır bir yük kimi gəlirdi. Gələcəklə bağlı çox sıxıntı fikirləşirdim. Amma bu kitab həyata, evliliyə baxış pəncərəmi dəyişdi. İlahi hikmətə bir daha heyran qalmamda vasitə oldu.. Bir xanım olaraq öz dəyərimi dərk etdim və cəmiyyət qarşısında məsuliyyətimin kamalına vardım. Çox istərdim ki, bu kitabı ailə qurmadan öncə cütlüklər mütləq oxusun və kitabda yazılanlara əsasən özləri üçün proqram hazırlasınlar. Bu vasitə ilə nə kişi xanımına qarşı haqsızlıq edib ona zülm etsin, nə də ki, qadın. (Kitabdan sevdiyim hissələri öz dilimizə çevirib səhifəmdə paylaşmışam, oxuyub tətbiq etməmiz duası ilə⚘)
Kadın ve Aile
Kadın ve AileAli Hamaney · Tesnim Yayınları · 20154 okunma