Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ayetullah Hamenei'nin Penceresinden

Kadın ve Aile

Ali Hamaney

Kadın ve Aile Gönderileri

Kadın ve Aile kitaplarını, Kadın ve Aile sözleri ve alıntılarını, Kadın ve Aile yazarlarını, Kadın ve Aile yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Biz qadının şәxsiyyәtini dәyәrlәndirәrkәn elm, tәcrübә, ixtisas vә bu gün dünyada qadın üçün dәyәr sayılan digәr mәsәlәlәrin ardınca getdikdә, gәrәk agah şәkilli iman ruhunu da axtaraq.
“Qadının cihadı ərinə yaxşı həyat yoldaşı olmaqdır”.
Bu hədisin ortasındakı “Hüsnü't Təbaul” nə deməkdir? Bəziləri qadınların cihadının yalnız kişilərin rahat olması üçün şərait hazırlamaqdan ibarət olduğunu düşünür. Lakin "Hüsnü't Taba'ul" təkcə bu deyil. Bu cihad deyil. Cihad, mücahidin, mömin və müsəlman qadının ağır vəzifələr olduğu halda ərinin vəzifələrinin böyük bir hissəsini öz üzərinə götürməsidir. Siz qadınlar buna cavabdehsiniz.
Reklam
Ailənin mənəvi yüksəlişində qadınların rolu
Qadının dəyəri yaşadığı mühiti özü, əri və uşaqları üçün cənnət, məktəb, təhlükəsiz mühit, mənəvi təhsil və mənəvi mövqeləri yüksəliş məkanlarına çevirməkdədir. Bu işdə qadınların rolu təkcə yüzdə əlli deyil; Bu, təkcə kəmiyyət rolu deyil, həm də keyfiyyət roludur. Yəni qadın həm öz vəzifəsini yerinə yetirir, həm də Uca Allahın ona bəxş etdiyi cazibədən istifadə edərək ərini və övladlarını ideal yola yönəldir, onları irəli aparır. Bu səbəbdən qadının rolu ikiqat rol hesab olunur.
Bugün İslam düşmanlarının özellikle medyayı kullanarak İslam toplumuna karşı başlattıkları kültürel saldırıların "gençlerin cinsel selamet'ini hedef aldığı ve nüfusun da genç olduğu dikkate alınacak olursa bu konunun ne kadar hassas bir kırılma noktası olduğu anlaşılacaktır.
174 syf.
10/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
Artıq 2 həftədir ki, başladığım "qadın və ailə" kitabı maratonum bu gün bitdi. Əvvəlcə onu qeyd edim ki, ağa Xameneinin özünəxas təfəkkür tərzinə malik bir şəxsiyyət olduğunu bilirdim, lakin bu kitabı mütaliə etdikdən sonra onun barəsində olan müsbət fikirlərim daha da artdı. Kitab xütbələr əsasında hazırlanıb, 174 səhifədən ibarətdir. Dili o qədər sadə və zərifdir ki, insan oxuduqca elə təəssürat yaranır ki, sanki ağa üz-üzə ona moizə edir. Sətirlərdəki səmimiyyət insanı valeh edir, bir anlıq kitab oxuduğunu unudur insan. Kitabın mövzusu ailə və ailədə, ümumiyyətlə cəmiyyətdə qadının rolu haqqındadır. İlk olaraq onu qeyd edim ki, bu kitabı oxumadan öncə ailə qurmaq termininin bu qədər zəruri olduğunu bilmirdim bu zərurət mənə ağır bir yük kimi gəlirdi. Gələcəklə bağlı çox sıxıntı fikirləşirdim. Amma bu kitab həyata, evliliyə baxış pəncərəmi dəyişdi. İlahi hikmətə bir daha heyran qalmamda vasitə oldu.. Bir xanım olaraq öz dəyərimi dərk etdim və cəmiyyət qarşısında məsuliyyətimin kamalına vardım. Çox istərdim ki, bu kitabı ailə qurmadan öncə cütlüklər mütləq oxusun və kitabda yazılanlara əsasən özləri üçün proqram hazırlasınlar. Bu vasitə ilə nə kişi xanımına qarşı haqsızlıq edib ona zülm etsin, nə də ki, qadın. (Kitabdan sevdiyim hissələri öz dilimizə çevirib səhifəmdə paylaşmışam, oxuyub tətbiq etməmiz duası ilə⚘)
Kadın ve Aile
Kadın ve AileAli Hamaney · Tesnim Yayınları · 20154 okunma
Suizənn olduqdan sonra səbəbin keçərli və ya keçərsiz olmasının əhəmiyyəti qalmır və nəticəni dəyişdirmir. Eyniylə silahdan çıxıb birinin qəlbinə tuşlanan güllə kimidir bu. Yanlışlıqla tətiyə basılmış, ya da qəsdən olub-olmamasının fərqi yoxdur, hər iki vəziyyətdə də ölümə səbəb olur. Güllə belə bir fərqləndirməni etməz, edə bilməz.. "— Məni atan yanlışlıqla atdı, bu qəlbi deşməməliyəm" deməz.. Atılan güllə öldürər... Pis zənn də belədir, təsiri öldürücüdür. Haqlı və ya haqsız yerə meydana çıxması, vəhm (xəyal) və vəsvəsəylə, ya da haqlı bir həqiqətlə yaranmış olması fərq etməz.
Sayfa 170Kitabı okudu
Reklam
Şükür, sadecə sözlə "İlahi, şükür!" demək və ya şükür səcdəsini əda etmək deyil. Bir nemətə şükür etmək üçün insan əvvəlcə o neməti tanımalıdır. Bu neməti ona Allahın verdiyini və o nemətdən istifadə etməyi, o nemətə qarşı davranışını Allahın bəyəndiyi tərzdə yerinə yetirməli olduğunu bilməlidir. Nemətə şükür etmənin mənası budur. Əgər dilinizlə "Ya Rəbbim, şükür!" deyib sadalanan qavramları bilməsəniz bu şükür deyildir.
Sayfa 137Kitabı okudu
Fərqli Və Gözəl İki Baxış
Kişi qadına bir gözəllik modeli, zərafət modeli və həssaslıq modeli olaraq baxar, onu lətif (xoş) görər. İslam dini də bunu vurğulayaraq "Qadın çiçəkdir" demişdir. Bu baxışda qadın olduqca incədir; gözəllik, zərafət və incəliyin nümunəsidir. Kişi ona bu gözlə baxar, qadına bəslədiyi sevgisini bu çərçivədə müəyyənləşdirər və xəyal edər. Qadının gözündə də kişi güvən abidəsidir, dayanmaq və güvənmək nöqtəsidir, o da sevgisini bu çərçivədə qurar.
Sayfa 129Kitabı okudu
"Qadınlarınız sizin paltarınız, siz də onların paltarısınız" /Bəqərə,187 Yəni ər-arvad arasında heç bir fərq yoxdur. Yaxşı, bu paltar nə deməkdir? Yəni, biri digərini örtər, onu qoruyar və onu zərərlərə qarşı mühafizə edər. Ər və arvad bir-birinin qoruyucusudur. Hər biri digəri qarşısındakı məsuliyyətlərini bilməlidir.
Sayfa 128Kitabı okudu
İslam dinində ailə — iki insanın yaşadığı, iki insanın ruhunun hüzura qovuşduğu yerdir. İki insanın bir-birinə alışdığı, bir insanın bir başqa insanın köməyi ilə təkamülə çatdığı, xoşbəxt olub ruhi hüzura qovuşduğu yerdir.
Sayfa 100Kitabı okudu
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.