Gönderi

Fərqli Və Gözəl İki Baxış
Kişi qadına bir gözəllik modeli, zərafət modeli və həssaslıq modeli olaraq baxar, onu lətif (xoş) görər. İslam dini də bunu vurğulayaraq "Qadın çiçəkdir" demişdir. Bu baxışda qadın olduqca incədir; gözəllik, zərafət və incəliyin nümunəsidir. Kişi ona bu gözlə baxar, qadına bəslədiyi sevgisini bu çərçivədə müəyyənləşdirər və xəyal edər. Qadının gözündə də kişi güvən abidəsidir, dayanmaq və güvənmək nöqtəsidir, o da sevgisini bu çərçivədə qurar.
Sayfa 129Kitabı okudu
·
45 görüntüleme
Shalalahmadd okurunun profil resmi
Bu iki vəziyyət bir-birindən ayrı 2 fərqli roldur və hər ikisi də zəruridir. Qadın kişiyə eyni sevgi və eşq gözü ilə baxdıqda onun fiziki və fikri gücünü təxmini bir mühərrik şəkilində dərk edər, yaşamı irəlilətmə yolunda yararlana biləcəyi bir dayanaq kimi görər. Kişi qadına özünə hüzur verəcək bir ünsiyət və sükunət nümunəsi gözüylə baxar. Kişi- yaşayışın maddi məsələlərində dayanma nöqtəsidirsə, qadın da yaşamın ruhi və mənəvi məsələlərində bir dayanacaqdır. QADIN ünsiyyət və sevgi dəryasıdır, sevgi dolu bu mühitdə kişini bütün dərdlərindən və kədərlərindən xilas edə bilər. Baxın, bunlar qadın və kişinin fitri istedadlarıdır, onların ruhi qabiliyyətləridir.❣
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.