Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kitablar və Siqaretlər

George Orwell

Kitablar və Siqaretlər Gönderileri

Kitablar və Siqaretlər kitaplarını, Kitablar və Siqaretlər sözleri ve alıntılarını, Kitablar və Siqaretlər yazarlarını, Kitablar və Siqaretlər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
139 syf.
·
Puan vermedi
·
12 günde okudu
Kitab Orvelin ən qısa romanlarından biridir. Əslində Orveli 1984 və Heyvanıstan kitabları ilə tanımışam və ondan sonra oxuduğum kitabları mənə həmin kitablar qədər maraqlı gəlməyib. Kitablar və Siqaretlər kitabında öz xatirələrindən yazan yazıcı ciddi məsələlərə və öz təcrübələrinə toxunub. Kitabların alınmadığı bir cəmiyyətdən bəhs edərkən Orvel siqaretlərə pul xərcləyən insanlarln kitab almadığını, kitab rəyçilərinin öz işlərini pul qazanmaq xatirinə etdiklərini, kitab mağazalarında satılmayan kitabların sırf satışı üçün yalanda tərifləndiyini vurğulayır. Müasir dövrün aktual problemlərini bir növ keçmişdə də olduğunu göstərir. Mənim üçün ən maraqlı yeri sonuncu fəsliydi. Təhsil xatirələrini xüsusilə məktəb xatirələrini bölüşdüyü hissə təhsil sektorunun hələ də çox dəyişmədiyini və məcburi xarakter daşıdığını göstərir. İndiki dövrdə olduğu kimi uşaqlar bahalı özəl məktəblərdə oxumaq üçün can atırdılar. Fərqli olaraq zorakılığı göstərən Orvel məncə uzun illər əvvəl gələcəyi görən yazıçılardan biridir. Mütləq oxunmalıdırmı bu kitab? Məncə yox. Çünki çox şey qazandırmadı mənə. Tövsiyyə edirəmmi? Bəli, çünki başqalarının təcrübələrini bölüşdüyü kitablar maraqlı olur.
Kitablar və Siqaretlər
Kitablar və SiqaretlərGeorge Orwell · İdiot Nəşriyyatı · 03,338 okunma
Evi bir sığınacaq kimi əlinin altında olan uşaqlar həqiqətən şanslıdır.
Reklam
Uşağın zəif tərəfi həyata boş bir səhifə ilə başlamasıdır. Yaşadığı cəmiyyəti nə anlayar, nə sorğulayar və saflığına görə digər insanlar alçaldılma hissi bulaşdırıb sirli və bərbad qaydalara qarşı çıxmaqdan qorxudaraq ona təsir göstərərlər.
Sayfa 134Kitabı okudu
Uşaqlar ilə yetkinlər fərqli dünyalarda yaşayır.
Sayfa 135Kitabı okudu
Dua kitabları tanırı sevməyinizi və ondan qorxmağınızı deyir. Amma qorxduğunuz birini necə sevə bilərsiniz?
Sayfa 123Kitabı okudu
Uşaq üçün məktəbin ticarət qurumu olduğunu anlamaq çətindir. Uşaq məktəbin təhsil vermək üçün mövcüd olduğunu və müdirin isə onu öz yaxşılığı üçün intizama salmağa çalışdığına inanır.
Reklam
Tanrılar qısqancdıe və bəxtinizin gətirdiyini onlardan gizlətməlisiniz.
Uşağın zəif tərəfi həyata boş bir səhifə ilə başlamasıdır. Yaşadığı cəmiyyəti nə anlayar, nə də sorğulayar və saflığına görə digər insanlar alçaldılma hissi bulaşdırıb sirli və bərbad qaydalara qarşı çıxmaqdan qorxudaraq ona təsir göstərərlər.
Sayfa 136 - İdiot Yayın Evi - 2018Kitabı okudu
Amma bu günahkarlıq və qaçılmaz müvəffəqiyyətsizlik hissi başqa bir şey tərəfindən sabitlənirdi: sağ qalmaq instikti. Gücsüz, çirkin, qorxaq, iy verən və heç bir cəhətdən məruz görülməyəcək bir varlıq belə yaşamaq və öz tərzində xoşbəxt olmaq istəyər. Mövcud dəyər qanun- larını alt-üst edə bilməz və ya müvəffəq ola bilməzdim, amma müvəffəqiyyətsizliyimi qəbul edə bilər və onu an yaxşı şəkildə dəyərləndirə bilərdim. Nə olduğumu qəbul edə bilər və bu şərtlərdə həyatda qalmaq üçün mübarizə apara bilərdim.
Sayfa 125 - İdiot Yayın Evi - 2018Kitabı okudu
Və bu nöqtədə insan bir uşağın həqiqətdə nə hiss etdiyini və düşündüyünü bilməyin çətinliyi ilə qarşı-qarşıyadır. Olduqca xoşbəxt görünən bir uşaq əslində göstərməyəcəyi və ya göstərə bilməyəcəyi qorxunc şeylərdən əziyyət çəkə bilər. Uşaqlar sadəcə xatirələrimiz və ya fərziyyələrimiz vasitəsilə daxil ola biləcəyimiz, bizə yad olan bir növ sualtı dünyada yaşayır. Əsas ipucumuz bizim də bir vaxtlar uşaq olduğumuz reallığıdır, amma çox insan öz uşaqlıqlarındakı mühiti demək olar ki, tamamilə unutmuş görünür.
Sayfa 132 - İdiot Yayın Evi - 2018Kitabı okudu
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.