Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kolleksioner

Elay

Yorumlar ve İncelemeler

Tümünü Gör
144 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Elay - Kolleksioner Əsəri bir neçə saat ərzində bitirdim. Bu kitab marafonun yeddinci və ən tez bitən kitabı oldu. Romanda tənha yaşayan və peşəsi kolleksiya yığmaq olan (nəyin kolleksiyası olduğunu kitabı oxuyanda biləcəksiniz) qəhrəmanın həyatının bir gündə necə dəyişməsindən bəhs olunur.
Kolleksioner
KolleksionerElay · Xan Nəşriyyatı · 048 okunma
Reklam
144 syf.
5/10 puan verdi
·
3 günde okudu
Ağlımda bir əsər var idi. İstəyirdim ki, əsərdə öz işindən bezən, lakin heç cür o işdən ayrıla bilməyən, dolayısıyla sakit bir şəkildə işinə davam edən bir baş qəhrəman olsun. Onun niyyəti başqadır. O tamamilə fərqli şeylər düşünür, fərqli şeylər etmək istəyir. Bunun üçün sadəcə bir qığılcıma ehtiyac var. Onun bu istəyini alovlandırmalıdır nəsə. Belə bir əsəri yaxın bir zamanda tapa biləcəyimə inanmırdım. Lakin "Kolleksiner" əsəri mənim fikrimcə, ağlımdakı əsərə çox bənzədi. Əsər barədə çox yazmaq istəmirəm, sadəcə, həyatımızdan narazı olduğumuz zamanlarda bu əsərin insana çox yaxşı təsir buraxacağını düşünürəm.
Kolleksioner
KolleksionerElay · Xan Nəşriyyatı · 048 okunma
144 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 saatte okudu
Mükəmməl
Kaş bu kitabı ildə 2-3 dəfə unudub yenidən oxuya bilsəmÇox axıcı olması ilə bərabər həm də dili qəliz deyil.Sözün səl mənasında kitaba bağlandığını hiss edir insan.Oxuma müddətində həyəcanı hər zaman pik həddə saxlamağı bacardı və bitirəndə isə bir həyat yaşamış kimi hiss etdirir.Mütləq amma mütləq hər kəs oxumalıdır
Kolleksioner
KolleksionerElay · Xan Nəşriyyatı · 048 okunma
144 syf.
·
Puan vermedi
·
4 saatte okudu
Kolleksioner
Təəssüflər olsun ki, son dövrlər çox da kitab oxuya bilmirəm. Gərək universitet, gərək universitetdən əlavə olan imtahanlarım, gərək iştirak etdiyim tədbirlər, gərək də ki həyatın özü girmişdi araya. Təsadüfən instagram'da "gəzərkən" qabağıma universitetin kitab klubun səhifəsinin çıxması ilə özümə dedim, bu vaxtı özümə ayıra bilərəm, daha doğrusu ayırmalıyam, çünki uşaqlıqdan bəri əlindən kitab düşməyən mənin əlinə çox uzun müddətdir, kitab dəymirdi və həqiqətən, buna ehtiyacım vardı. Gələcək olarsaq kitaba, kitab çox axıcı, anlaşıqlı idi. Özünü oxutdururdu. Oxuyarkən bir dəqiqə belə sıxılmadım.
Kolleksioner
KolleksionerElay · Xan Nəşriyyatı · 048 okunma
Reklam
144 syf.
10/10 puan verdi
Spoiler
Uzun müddətdir bir kitab haqqında inceleme yazmırdım. Çünki, yenə məni əringəclik götürüb. Amma bu əringəcliyi, tənbəlliyi Kolleksioner öldürdü. Birinci yazıçının özündən bəhs edim. Bir müddətdir şəxsi tanışlığım, söhbətcilim olan Elay bəy həqiqətən gözəl insandır. Danışdığı zaman hiss olunur ki, o böyüməklə yanaşı yetişkin bir fərd olub. Bu Kolleksionerdə də öz əksini tapır. Yazıçı daha çox rusca mütaliə etdiyindən azərbaycan dili çox səlis və təmizdir. Əlbəttə, yazıçının dil və üslubu gələcəkdə daha da inkişaf edacək. İndi isə keçək kitaba. SPOİLER. Kitabın adından da bəlli olduğu üzrə baş qəhrəman kolleksionerdir. Həm də günah kolleksioneri. Kolleksioner bəlli bir pul qarşılığında ömrünün son anlarını yaşayan insanların yanına gedir və onların günahlarını dinləyir. Mən bunu Xristiyanların kilsəyə gedib Papa və ya keşişə günahlarını danışmalarına, günah çıxarma ayininə qoşulmalarına bənzətdim. Bir də maraqlı bənzərlik kimi kolleksionerin keşişlər kimi evli olmamasını demək olar. Kitabın ümumi gedişatı, dili, sujeti, obrazlar və dialoqlar qəşəng yazılıb. Mən bu kitabı oxuduqdan sonra əmin oldum ki, muasir Azərbaycan ədəbiyyatı dirçəlir
Elay
Elay
Elay İsmayılov
Elay İsmayılov
Kolleksioner
KolleksionerElay · Xan Nəşriyyatı · 048 okunma
144 syf.
8/10 puan verdi
·
Beğendi
·
4 saatte okudu
Elayın- Kolleksioner əsərini oxuyub bitirdim. Əsərin qəribə süjeti var. Belə kitab ilk dəfədir oxuyurdum. Kitabı çox bəyəndim. Dili sadə , axıcı, hadisələr isə çox gözəl və həyəcanlı təsvir olunub. İllərdir, böyük məbləğ qarşılığında ölüm ayağında olan insanların günahlarını dinləyən, onlara rahatlıq bəxş edən Kolleksionerin ( baş qəhrəman öz
Kolleksioner
KolleksionerElay · Xan Nəşriyyatı · 048 okunma
144 syf.
10/10 puan verdi
·
Beğendi
Elay bəyin qələmə alıdığı "Kolleksioner" əsəri möhtəşəm bir əsərdir. Axıcı dili və gözəl mövzusu var. İnanıram ki, uğurlu bir əsər olacaq və müəllifdən davamı gələcək.
Kolleksioner
KolleksionerElay · Xan Nəşriyyatı · 048 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.