Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kostyumlu Övliya

İlqar Kamil

Sözler ve Alıntılar

Tümünü Gör
Baxırdı yorğun-yorğun, görürdü camaat başqa dünyadadır, başqa aləmdədir, başqa əhvaldadır, dərdləri də başqadır, narahatlıqları da, sevincləri də fərqlidir, xoşbəxtlik səbəbləri də. Onu dinləyirlər, amma duymurlar, cisimləri burdadır, fikirləri başqa yerdə. Bunlara deyilən söz zərblə divara çırpılıb üzə qayıdan rezin top kimi olacaq. Divar da incinəcək, top da. Bəs neyləsin, necə eləsin..? Əzbərçi ətrafın içində ruh adamı olmaq qədər əzablı şey yoxdur bu dünyada, inanın, sən iti zəkanla düşünüb-daşınıb tamam fərqli bir şey deməyə, etməyə çalışırsan, dərhal oxuduqları 3-5 hədisi düzürlər qabağına ki, dini niyə təhrif edirsən?! Sanasan, həzrət İbrahim qəsdən aya-ulduza ibadət edənlərə qoşulur ki, sonra onları həqiqi Allaha çağırsın, lakin cahil kütlənin damğası bəri başdan hazırdır: kafir oldu, aya ibadət elədi, ulduza baş əydi və sair və ilaxır.
Sayfa 166
Bir gün həzrət Musa Allahdan soruşur: "İlahi, sənin təlimlərin arasında gözəl olan xeyli əməl var, hamısı alidir, hamısı bir-birindən dəyərlidir, fəqət məsələnin əhəmiyyətini başa düşmək üçün, icazə ver, öyrənim: sən özün bəndə olsaydın, bircə əməl de, lütfən, bu qədər çeşidin arasından hansını seçərdin əməl etmək üçün"? İndi siz təsəvvür edin, Allahın qarşısında nə boyda siyahı var - namaz, oruc, həcc, cihad və sair və ilaxır. Lakin buyurun Allahın cavabına baxın: "Ya Musa, mən bəndə olsaydım, Allahın bəndələrinə xidmət edərdim".
Reklam
Həyat nədir? Dili söz tutan hər kəs danışıb bu haqda. Misal üçün, Dostoyevskiyə görə, həyat cəhənnəmdir, Sokrata görə iztirab çəkməkdir, Nitsşeyə görə, gücdür, Pikassonun baxışında, sənətdir, Qandinin aləmində, mübarizə və mübarizənin xüsusi növüdür. Hacının qələmə aldığı "Haradan başlamalı" kitabını oxuya-oxuya bu qənaətə gəlirəm: bəlkə, həyat Allahla yaşamaqdır? Niyə də yox! Bəlkə, bütün bu interpretasiyalar Ondan uzaq düşdüyümüz üçündür?
Odur, hər şeyə, hər şeyə özündən başlamalıdır İnsan - tənqidə də, tərbiyəyə də, böyütməyə də, xoşbəxt etməyə də! Və Odur, hər şeyə, hər şeyə məhz özündən başlamışdı bizim əziz Kostyumlu Övliya! Ölümüylə də hamımızdan qabağa düşdü ki, cani - dildən desin : bax, uşaqlar, bu da sizə illərdir haqqında danışdığım ölüm, bax gördünüz, dediyim kimi, burda qorxulu heç nə yoxdur, inanın, yoxdur. Lakin danışa bilsə, məncə, indi bizə Həbib Nəccar kimi "Yasin" surəsindən bu ayəni oxuyardı: "Kaş qövmüm biləydi ki, Rəbbim Məni necə bağışladı və məni hörmət sahiblərindən etdi".
Sayfa 109
Güclü görünməyə məcbur olmadığımız yerlərdə, kəslərdədir xoşbəxtlik: Allahın və Allah dostlarının yanında!
Hacının həcc yoldaşı Xəyal Nağıyev yazır, həcc ziyarətində olan vaxt gecə oyanıb gördüm ki, kimsə ustufca bir -bir yatanların üstünü örtür, qaranlıq idi, dəqiq sezə bilmədim, ancaq maraqlı gəldi, qalxdım ayağa, asta-asta yaxınlaşdım ki, Hacıdır, Hacı Şahin Həsənli!
Sayfa 159Kitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.