Gönderi

Baxırdı yorğun-yorğun, görürdü camaat başqa dünyadadır, başqa aləmdədir, başqa əhvaldadır, dərdləri də başqadır, narahatlıqları da, sevincləri də fərqlidir, xoşbəxtlik səbəbləri də. Onu dinləyirlər, amma duymurlar, cisimləri burdadır, fikirləri başqa yerdə. Bunlara deyilən söz zərblə divara çırpılıb üzə qayıdan rezin top kimi olacaq. Divar da incinəcək, top da. Bəs neyləsin, necə eləsin..? Əzbərçi ətrafın içində ruh adamı olmaq qədər əzablı şey yoxdur bu dünyada, inanın, sən iti zəkanla düşünüb-daşınıb tamam fərqli bir şey deməyə, etməyə çalışırsan, dərhal oxuduqları 3-5 hədisi düzürlər qabağına ki, dini niyə təhrif edirsən?! Sanasan, həzrət İbrahim qəsdən aya-ulduza ibadət edənlərə qoşulur ki, sonra onları həqiqi Allaha çağırsın, lakin cahil kütlənin damğası bəri başdan hazırdır: kafir oldu, aya ibadət elədi, ulduza baş əydi və sair və ilaxır.
Sayfa 166
·
122 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.