Leyla Rzayeva

Leyla Rzayeva
@leila1993
İstəkləri ehtiyaclarını üstələməyən gözütox insan qıtlığı yaşayır dünyamız, orucluğun dərdi bu, Ramazan ayının sözü bu. Dərhal yaxamızı kənara çəkib onu-bunu lənətləməyək, bizim də payımız var dünyamızın bu hala düşməsində, israfkarıq, çox israfkarıq, sadəcə, fərqində deyilik. Suyu tikanların dibinə töküb gülləri susuz qoymağın başqa adıdır israfkarlıq. Məsələn, xatirimdədir, bir dəfə gündə iki paçka siqaret çəkən dostumuzun xərclədiyi pulu hesablayıb görmüşdük ki, İlahi, aylıq düz 6 min rubl edir. Təsəvvür edirsiniz, adam ayda 6 min rublu (təqribən 150 manat) öz əlləriylə yandırıb atırmış oda, halbuki o pulla nə qədər dərdə dərman olmaq olardı, bir düşünün. Odur ki yeri var, o misra gözümüzün gördüyü hər yerə yazılıb asılsın, hər gün silkələsin bizi, hər gün də utandırsın: Kimlərsə acından ölür sən öz payınla doymursan deyə.
Sayfa 140
Reklam
"Ənə la uhibbul afilin!" Bu cümləni tərcüməçilər, adətən, "mən batanları sevmirəm" deyə tərcümə edirlər, mənimsə beynimdə həmişə, haradansa, necəsə belə mənalanıb bu ayə: mən gah batıb, gah çıxanları sevmirəm! Eynən bu ayələri də ilk dəfə oxuyanda həzrəti görmək, bağrıma basmaq istəmişdim: mən də, mən də elələrini sevmirəm, ustad; gah gəlib, gah gedənlər, gah sevib, gah nifrət edənlər, gah belə, gah elə olan buqələmunları! İnsan sikkə deyil ki, iki üzü olsun.
Sayfa 116
Məsələn, illərdir atalarımız "qozbeli qəbir düzəldər" deyib durur, bəs, sizcə, necə, gerçəkdən düzəldər? Məncə, anlayışları qarışdırmayaq, düzəltmək başqadır, sındırmaq başqa - qəbir qozbeli olsa-olsa sındırar, düzəltmək daha zərif, daha estetik bir məharətdir. Sındırmağa nə var ki, tutub möhkəm sıxdın, xıncım-xıncım oldu, amma düzəltmək... düzəltmək səbir istəyir, təmkin istəyir, ən əsası, sevgi istəyir. Meyar belədir: düzəldirsə, sevir, sındırırsa, nifrət edir. Şair demiş, əzizinin həyatından tikanı elə təmizləyəcəksən ki, gül toplayırsan sanacaq.
Sayfa 32

Okur Takip Önerileri

Tümünü Gör
Gələcəyi dəyişmək istəyən şəxs günahkara nifrət deyil, günaha nifrət etməlidir.
Sayfa 83
Reallıq bizim ona necə baxmağımızdan asılı olmayaraq, dəyişmir. Ona görə də biz özümüzü aldatmamalı, hər şeyi olduğu kimi görməyə çalışmalıyıq.
Sayfa 73
Reklam
Reklam
59 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.