Mövzusu maraq dairəmə daxil olsa da, qeydlərlə bol olduğu üçün oxumaq çətin oldu (25-ci səhifədən sonrakı 35 səhifə qeydlərdən ibarətdir). Həmçinin dili də bir az qəlizdir. Lakin maraqlı bir çox şey öyrəndim. Məsələn, şaxta babanın maralının da adı olan Rudolf adı canavar sözündən gəlirmiş, yaxud nənəmin həmişə "canavar" sözünü deməyə qoymamağının, əvəzinə "başı batmış" dedirtməyinin səbəbini, insanlara vəhşi heyvanların adlarının qoyulma səbəbini, maskaların istifadə məqsədi kimi bir çox şey öyrəndim.