Hər zaman itlər insanların sadiq dostudur deyirlər. Bu əsər deyilən fikrin doğruluğunu bir daha sübut edir. Mənim oxuyub təsirləndiyim əsərlərdən biridir. Mövzusu, ideyası hər biri ayrı-ayrılıqda mükəmməldir. Mən bu kitabı 1 gündə oxuyub bitirmişdim. Həm hadisələr axıcı baş verirdi həm də maraqlı gəlirdi mənə sonu.
Lessi varlı bir ailənin itidir. Ailə müflisləşdikdən sonra öz itlərini də satmaq məcburiyyətində qalırlar. Lakin Lessi öz "ailəsinə", balaca dostuna hər zaman sadiq qalır. Hətta təsəvvür edin ki, başqa bir ölkəyə aparılsa belə oradan qaçıb yenidən sahibinin yanında qayıdır. Bəli, hər nə qədər çətin olsa da sonda bunu bacarır.
Həmçinin əsərdə yalnızca Lessinin sadiqliyindən danışılmır. Müəllif həmçinin bu yolla insanların sədaqətsizliyi, bir sıra haqsızlıqlar, ətrafındakılara qarşı paxıl olan bəzi insanların həzin sonu və s. bu kimi məsələlərə də toxunub.
Bu haqda daha çox uzatmaq istəmirəm. Ínsana çox gözəl duyğular, fikirlər aşılaya biləcək bir kitabdır. Əgər maraqlı gəldisə sizə mən oxumağı məsləhət görərdim :)
Xoş mütaliələr!