Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məlalə Mənəm

Malala Yusufzay

Məlalə Mənəm Gönderileri

Məlalə Mənəm kitaplarını, Məlalə Mənəm sözleri ve alıntılarını, Məlalə Mənəm yazarlarını, Məlalə Mənəm yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Mehribanlıq yalnız mehribanlıqla ödənə bilər. Mehribanlığın əvəzi “çox sağ ol” kimi ifadələrlə ödənə bilməz.
Reklam
Böyük fəlakət baş verdikdə, yaxud həyatımız təhlükə altında olanda biz öz günahlarımızı xatırlayır və Allahın qarşısına necə çıxacağımız, ya da bağışlanıb-bağışlanmayacağımız haqqında düşünürük. Lakin, Allah bizə həmçinin unutmaq gücünü də bəxş edib, odur ki, faciə sona çatdıqdan sonra biz yenə normal vəziyyətimizə qayıdırıq.
Dünyada iki qüvvət var: biri qılınc, digəri isə qələmdir. Bunların ikisindən də güclü olan bir qüvvə də var və bu qadındır.
Heç bir mübarizə kişilərlə çiyin-çiyinə döyüşən qadınlar olmadan müvəffəqiyyət qazana bilməz
Bir uşaq, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişə bilər.️
Reklam
464 syf.
·
Puan vermedi
Məlalə sən güclüsən! Sən qadınların səsisən! Sən qadınların gücüsən! Hər şəraitdə kitabı qələmi əlindən yerə qoymayan Məlalə, əhsən sənə! Hərkəsin oxumalı olduğu bir kitabdı. Mənim üçün dram deyil əsla, güc mənbəyidi.
Məlalə Mənəm
Məlalə MənəmMalala Yusufzay · Parlaq İmzalar · 03,017 okunma
464 syf.
10/10 puan verdi
·
Beğendi
Məlalə sonradan Pakistanın tərkibinə daxil edilən Svatda yaşayır. Onun atası uzun illər yoxluqla yaşasa da, məktəb açmaq üçün əlindən gələni edir. Məlalənin uşaqlığı da məhz məktəb mühitində keçir. Atasının mübarizliyi ona da keçir. Təkcə çalışqanlığı ilə deyil, ictimai fəaliyyətilə də diqqət çəkir. Onun mübarizəsinin bir şüarı var: Təhsil! O, təhsil üçün, xüsusən də qızların təhsil alması üçün atası ilə birgə mübarizəyə qalxır. Çıxışlarda iştirak edir, müsahibələr verir. Hətta bu yolda ölümlə hədələnir, güllələnir Kitab çox gözəl idi. Oxuduqca ağlımda bu fikir var idi: Qadın azadlığı məhz budur. Xüsusən, azadlığı "istədiyimi geyərəm, istədiyim saatda istədiyim yerə gedərəm" fikri ilə məhdudlaşdıran bir cəmiyyətdə Məlalələr tanıtdırılmalıdır. O, qadın azadlığının nümunəsi idi. Canı ilə hədələnsə də, qorxmadı. Nə təhsilindən geri qaldı, nə də mübarizəsindən. Müharibə təkcə silahla olmur, müharibəni təkcə kişilər də aparmır. Bunun ən gözəl örnəyi Məlalədir. Kitabı bitirəndə bunu dilədim, cəmiyyətdə Məlalə kimi qızlar, Ziyaəddin (Məlalənin atası) kimi atalar çox olsun
Məlalə Mənəm
Məlalə MənəmMalala Yusufzay · Parlaq İmzalar · 03,017 okunma
Bəziləri ruhlardan, bəziləri hörümçəkdən, ya da ilandan qorxurlar, həmin günlərdə biz insanlardan qorxurduq
Sayfa 239Kitabı okudu
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.