Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mən Sərçə Deyiləm

Mustafa Mestur
Bəzi simvolistik məqamları ilə Kristofer Frankın məşhur “Mortelle” və Corc Oruellin “1984” romanlarını xatırladan “Mən sərçə deyiləm” romanı “kiçik manifestlər” üslubundadır və burada da bəşəriyyət, ölüm, qadın, sevgi mövzuları xarakterikdir. Bu romanda personajlar “filosof dəlilələr”dən, təsvir olunan mühit isə onları əhatə edən ruhi əsəb dispanserindən ibarətdir. Roman yazarın “Cüzamlı əllər və donuz sümüyü” adlı əsərindəki müharibədə xəsarət alan Daniyal obrazının müəmmalı taleyinə işıq salır. Daniyal və ölümlə həyat arasında çapalayan digər insanların macəraları burada müalicə alan İbrahimin başına gələnlər fonunda cərəyan edir. Onları birləşdirən müxtəlif talelərin eyni sonluğu, eyni aqibəti və müalicə aldıqları dispanserin binasıdır. Ruhi sarsıntılar keçirən insanların acizlik hekayəsi olan bu kiçikhəcmli psixoloji roman “hissəciklər oyunu”na bənzəyir. Hissəcikləri birləş- dirən zaman böyük bir mənzərə alınır: Həyat mənzərəsi. Ölüm, həyat, qadın, sevgi, xəyanət, ehtiras, intihar, müharibə və hələ adı qoyulmamış nəsnələr və hisslərin öz əksini tapdığı bu roman yazarın Azərbaycanda nəşr olunan sayca üçüncü romanıdır
Yazar:
Mustafa Mestur
Mustafa Mestur
Tahmini Okuma Süresi: 3 sa. 31 dk.Sayfa Sayısı: 124Basım Tarihi: 2021Yayınevi: Parlaq İmzalar Nəşriyyatı
ISBN: 9789952831825Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
124 syf.
9/10 puan verdi
·
Beğendi
·
30 saatte okudu
Deməli belə,
Bəzi obrazlar var çox sevilir, özünü tapırsan. Kitabı ilk əlimə alanda Daniyal üçün bunu hiss etmişdim. Çox üzdü məni, çox təsirləndirdi. Spoiler vermək niyyətində deyiləm əslində, sadəcə olaraq bəzi səhnələri təsvir etmək mənə də ağır gəldi. Sancılı insanlar daha təsirli daha ağır yazır deyə düşünürəm Mustafa Məstur da kifayət qədər ağrılı sancılı insan olub. Psixiatr mərkəzində keçən hadisələri bir obraz, İbrahim obrazı tərəfindən izləyirik. Ağrı və unuda bilmədiyi qadını olan İbrahim...
Mən Sərçə Deyiləm
Mən Sərçə DeyiləmMustafa Mestur · Parlaq İmzalar Nəşriyyatı · 202113 okunma
Reklam
124 syf.
·
Puan vermedi
·
Beğendi
Ölüm eynən xırman qorxululuğuna bənzəyir. O deyirdi ki, ölümü məhz insanları qorxutmaq üçün icad ediblər. Eynən xırman başında sərçələri qorxutmaq üçün düzəldilən xortdan kimi. Məgər sən sərçəsən?
Mən Sərçə Deyiləm
Mən Sərçə DeyiləmMustafa Mestur · Parlaq İmzalar Nəşriyyatı · 202113 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.