Kaş heç bitməyərdi dediyim bir kitab...Mənim üçün klassiklərlə yarışa biləcək,hətta onları geridə qoyabiləcək mükəmməl bir kitab...
Mövsuzuna baxsanız,ya da elə belə kitabın üz qapağını oxusanız sadəcə fantastik,qorxu kitabından ibarət olduğu kimi böyük bir səhvə düşə bilərsiz.Kitab mənə çox şey öyrətdi,ən əsası biz nə qədər bitməsini istəməsək də heç nəyin sonsuz olmadığını,hər şeyin bir zaman sonra bitəcəyini öyrətdi.Bitməməsi üçün əlindən gələni etdiyimiz,lakin bizdən aslı olmayan səbəblərə görə bitən dostluqlar da daxildi buna.Eynən kitabdakı kimi...