Balaca xərçəng xəstəsi Oskarın Tanrıya məktubları və Tanrıya ünvanladığı suallar, bəzən isə ona acıqlanması səhərisi isə məndən küsməmisən ki?- deyib barışması.
Uşaq qəlbi necə də məsum və gözəldir.Bəs bu xəstəliklər nə üçün var? Niyə yox olmur bunlar?
Məncə, əsərdə bizə verilən ismarıc həm də odur ki, din həm də böyük qüvvədir.Dinsiz xəstə biri həyata necə tapınardı? Suallar çox oldu.Cavablar isə naməlum zamana qədər təxirə salınıb.
Kitabın hər cümləsində sanki balaca bir oğlana çevriləcəksiz. Özünüz olmaqdan çıxıb, bir "Oskar" olacaqsız.Amma onu əsla anlaya bilməyəcəyik.
Əgər siz yaratdığınız bir dünyanın içərisində birilərinin ağrı acı çəkəcəyini bilsə idiz, bu dünyanı yaradardızmı?
Görəsən, Tanrının hansı əsaslı səbəbi var idi ki, kiminsə ağrısından, kədərindən və körpələrin ölümündən daha vacib olsun...