Qırılmış Əlaqə

Çingiz Abdullayev

Qırılmış Əlaqə Gönderileri

Qırılmış Əlaqə kitaplarını, Qırılmış Əlaqə sözleri ve alıntılarını, Qırılmış Əlaqə yazarlarını, Qırılmış Əlaqə yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
212 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
"Açığı, ona əvvəlcə inanmadım. Belə şey necə ola bilər? Kluba gedib öz arvadını başqa bir qadınla dəyişəsən. Yanında özgə qadın görmək kişiyə həmişə xoş gəlir, amma arvadını özgə kişiyə vermək və durub onlara kənardan tamaşa eləmək... Bütün bunlar mənə iyrənc görünürdü. İnna belə şeylərdən qorxan qadın deyildi. O, hər şeyi açıb mənə danışdı. Ağlıma gəldi ki, İnnanı yatağıma sala bilərəm. Biz kişilər doğrudan da donuzuq. Əsl donuz. İstənilən normal kişidən əgər çoxlu pulu olsa, nəyə xərcləyəcəyini xəbər alın. Düşünmədən qadınlara xərcləyəcəyini deyəcək. Çoxlu qadına sahib olmaq istənilən kişinin arzusudur..."
Çingiz Abdullayev
Çingiz Abdullayev
Qırılmış Əlaqə
Qırılmış Əlaqə
Qırılmış Əlaqə
Qırılmış ƏlaqəÇingiz Abdullayev · Teas Press Nəşriyyatı · 018 okunma
"Sən ağıllı adamsan. Həmçinin ədalətlisən. Belə şey çox nadir hallarda olur"
Sayfa 212 - Georgi LuarsaboviçKitabı okudu
Reklam
"Qatil hər zaman konkret adam olur. Gəldi, gördü, götürdü. Xəsis, axmaq olan biri nə varsa, hamısını götürmək istəyir. Qatil həmişə nəsə bir məqsəd güdür. Aydın məqsəd, ona pul qazandıracaq məqsəd. Hansı ki, uğrunda qan tökməyə hazırdır. Ya da bu məqsədə yaxın başqa nəsə. -Pul...- Dronqo təkrar etdi.- Əlbəttə, pul..."
Sayfa 198Kitabı okudu
"Əgər insanlar zəhmətkeşdirsə, sosializmdə də, kapitalizmdə də, imperializmdə də, lap elə kommunizmdə də yaxşı işləyəcəklər. Yox, əgər tənbəl olsalar, heç bir "izm" kar eləməz"
Sayfa 192 - Georgi LuarsaboviçKitabı okudu
"-Riyakarlıq hər zaman iyrənc nöqsan olub. -Ola bilsin. Amma cəmiyyətdə, xüsusilə mənsub olduğunuz dairələrdə riyakarlıq böyük əhəmiyyət kəsb edir. Yoxsa münasibətlərin nisbətinə, nifrətə və sevgiyə nəzarət etmək çətin olardı"
Sayfa 182Kitabı okudu
"Demək, ancaq özünüzü düşünürsünüz. Belə çıxır ki, siz də hamı kimisiniz. -Ola bilər. Kim dedi ki, mən fərqliyəm? Hamımızı eyni zəmanə yetişdirib"
Sayfa 180Kitabı okudu
Reklam
"Zəmanəni az günahlandırın. Günah həmişə insanlarda olur. -Düz deyirsiniz. Amma insanlar müəyyən zaman çərçivəsində yaşayır. Sosializm dövründə şərəfli insan olmaq sərfəli idi. İtmiş pulqabını geri qaytarmaq, ya da işləmədiyin gün üçün verilən puldan boyun qaçırmaq. Elələri haqda qəzetlərdə yazır, onları hər yerdə nümunə göstərirdilar.
Sayfa 177Kitabı okudu
"Pul, cəmiyyətdə yaxşı mövqe, bir sözlə, alınması mümkün olan hər şey. Bütün bunların haqqını ödəmək lazımdır. Bəzən bu haqqı ödəmək adama çox baha başa gəlir"
Sayfa 131 - Alisa ZolotarevnaKitabı okudu
"Hər kəs taleyini özü seçir"
Sayfa 131 - Alisa ZolotarevnaKitabı okudu
"Qırılmış əlaqəni düzəltmək mümkün olmadı. Qırıq şüşəni yamamaq olmur"
Sayfa 128 - Alisa ZolotarevnaKitabı okudu
38 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.