Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yorumlar ve İncelemeler

Tümünü Gör
560 syf.
8/10 puan verdi
·
4 günde okudu
Bir dövlət düşünün ki, qanunlar var olsa belə tətbiq olunmur, varlılar eyş-işrətlə vaxt keçirir, qadınların təhsilsizliyi onların fəlakəti olmuşdur, yaxşı insanlar əzilir.... Bəli, bu sadaladıqlarımın hamısı XX əsrdə İranın Tehran şəhərində baş verir. Əsərimizin baş qəhrəmanı olan Fərrux Məhin adlı öz bibisi qızını sevir amma var-dövlət düşkünü ata qızını kasıb Fərruxa vermək istəməyib şahzadə Səyavuş Mirzəyə vermək istəyir ki, bir vəzifə əldə etsin. Çərəkədəki duaları oxumaqdan başqa bir elmə, savada malik olmayan anası Mələktac xanım da ərinin tərəfində olur. Səyavuş Mirzə qadın düşkünü, gününü orda-burda keçirən, çox da varlı olmayan biridir amma onun atası Məhinin atasını aldadaraq ondakı mal-dövlətə sahib olmaq üçün saysız-hesabsız mülklərinin olduğunu deyir. Əsərdə bir çox hadisələr baş verir, bir çox insanlarla tanışlıq olur, sonda da hər biri bir nöqtədə birləşir. Çox danışıb dadını qaçırmaq istəmirəm, amma onu deyə bilərəm ki, sonda haqq, ədalət yerini tapır, hər kəs layiq olduğu həyatı yaşayır. Bəs Məhinlə Fərruxa nə olur? Onu da oxuyub özünüz görün :)
Qorxulu Tehran
Qorxulu TehranMürtəza Müşfiq Kazımi · Qanun Nəşriyyat · 202133 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.