Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əsarət (Esaret)

Rövşen Abdullaoğlu

Əsarət (Esaret) Sözleri ve Alıntıları

Əsarət (Esaret) sözleri ve alıntılarını, Əsarət (Esaret) kitap alıntılarını, Əsarət (Esaret) en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Hər hansı bir mövzunu isbat va ya rədd edə bilmək üçün kifayət qədər biliyə sahib olmadan söz demək oxumadığın kitab haqqında özündən fikir bildirməyə bənzəyir.
Məlumat yetərsizliyi tarix boyu fərqli ideologiyaların yaranmasının ən başlca səbəblərindəndir. Ídeoloji məktəblərin, siyasi cərəyanların, mədəniyyətlərin bir-birini yersiz ittiham etmələrinin kökündə də bu səbəb durur. Tanrıya inandığını, yaxud inanmađığını deyən insanların belə, demək olar ki, əksəriyyətinin Yaradana, inanc məktəblərinə olan yanaşmalarına diqqət edəndə mövzu ilə əlaqədar kifayət qədər məlumatsız olduqlarını görürsən.
Reklam
Müharibə o qədər qəddar bir işdir ki, insanlara deyil, heyvanlara layiqdir.
Sayfa 102Kitabı okudu
Bir mövzunu bilmədiyini bilən insan ya bu elmsizliyini düzəltməyə çalışacaq, ya da o mövzuda kimsə nəsə danışanda öz məlumatsızlığını nəzərə alıb müdaxilə etməyəcək. Bilmədiyini bilməyən insana isə nəyisə sübut etmək, onun fikrinin əksini demək qeyri-mümkündür. Çünki o, bilmədiyi halda özünü alim sanır.
Sayfa 166Kitabı okudu
İnsan pisixoloji baryerlərdən azad olmadığı müddətcə onunla elmi müzakirələrin, demək olar ki, faydası yoxdur...
Reklam
Əgər mən Yer kürəsi ilə Mars arasında Günəşin ətrafında ellipsvari orbitdə dövr edən çini bir çaydanın olduğunu iddia etsəydim və bu çaydanın ən güclü teleskoplarla belə görülməyəcək qədər kiçik olduğunu əlavə edəcək qədər tədbirli olsaydım, heç kim bu düşüncəmin əksini sübut edə bilməzdi. Lakin bundan sonra mən: "bir halda ki, fikrimi təkzib etmək mümkün deyil, ağıllı insanın onun düzlüyünə şübhə etməyə haqqı yoxdur," – desəydim, haqlı olaraq mənim cəfəngiyyat danışdığımı deyirdilər. Bununla belə, bu çaydanın mövcud olması qədim kitablarda da təsdiq olunsa idi, müqəddəs bir həqiqət kimi hər bazar günü də kilsələrdə onun haqqında moizə edilsə və həmçinin məktəblərdə də uşaqların beyninə yeridilsəydi, onun var olmasından şübhələnmək qəribə görünərdi, hətta bu barədə şübhələnən şəxsi müasir dövrdə psixiatrın yanına, keçmiş zamanlarda isə inkvizisiya məhkəməsinə göndərərdilər.
Volter: "Mən Fransada çox gözəl təbiətşünas olan bir neçə ateist tanıyırdım. Etiraf etməliyəm ki, təbiətin mexanizimlərini bu cür əla anlayan insanların bu mexanizmlərin hərərkətini aşkar surətdə idarə edən əlin varlığını inadla danmaları məndə hədsiz heyrətə səbəb olurdu".
Sayfa 74 - Volter. Fəlsəfə lüğəti, "Ateist", II bölmə
Əli ibn Əbu Talib Yaradanın varlığı barədə şəkkə düşən insanlar haqqında öz təəccübünü gizlədə bilməyərək deyirdi: "Allahın yaratdıqlarını gördüyü halda Onun varlığına şəkk edən şəxsə təəccüb edirəm".
Sayfa 74
Vərdiş etdiyi təfəkkürün əksinə düşünmək insan üçün çox çətindir.
Sayfa 41
111 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.