Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Eserleri

Nüsret Kesemenli

Seçilmiş Eserleri Gönderileri

Seçilmiş Eserleri kitaplarını, Seçilmiş Eserleri sözleri ve alıntılarını, Seçilmiş Eserleri yazarlarını, Seçilmiş Eserleri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
əlimdə əlinin istisi qalıb, başqa birisini sevə bilməzsən.
Sevdirə bilmədim...
Dəli kimi sevdim gözəlim səni Gül verdim,yandırıb-yaxdı əlini, Seçib cümlələrin ən gözəlini Titrəyib söylədim sözümü sənə, Sevdirə bilmədim özümü sənə... Həsrəti, vüsalı qoşa sevdirdim, Üşüyən əynimi qışa sevdirdim, Yalın ayağımı daşa sevdirdim, Tanıda bilmədim izimi sənə Sevdirə bilmədim özümü sənə... Alışıb yanardım göz isdəsəydin, Bir nəğmə olardım söz isdəsəydin. Məni görmek üçün göz isdeseydin Kor qalıb, verərdim gözümü sənə; Sevdirə bilmədim özümü sənə... Sənə hər məktubu yazdım qanımla, Ruhumla,hissimlə,həyəcanımla Sevinclə ölərdim əgər bununla Bağışlasaydım mən ömrümü sənə; Sevdirə bilmədim özümü sənə... N.Kəsəmənli
Reklam
Neyləyim,küsülü qala bilmirem
Qayıdıb gəlmişəm yanına yenə, Nə olar, bu dəfə qəlbimə dəymə. Deyəsən gülürsən acizliyimə, Neyləyim, küsülü qala bilmirəm Sevənlər həmişə yesir düşübdür, Axı, aramıza nə sirr düşübdür, İradəm sevginə əsir düşübdür. Neyləyim, küsülu qala bilmirəm. Zaman gözləməyir, ömür-gün axır, Soyuqluğun məni yandırır-yaxır. Gözüm gözlərinə yalvarıb baxır, Neyləyim, küsülü qala bilmirəm. Uçub buludlara qona bilərəm. Bu dərdin əlində sola bilərəm. Ömürlük ac-susuz qala bilərəm, Neyləyim, küsülü qala bilmirəm... N.Kəsəmənli
Gözləyirəm... Hər dəqiqəm il olur, Sən gəlirsən,hər ləpirin gül olur Qəlbim sənə qolu bağlı qul olur Ürəyimlə bacarmıram neyləyim? N.Kəsəmənli
Sənin xatirinə
Nə yazsam sevgidən yazır Qələm,sənin xatirinə. Hicrandan boynu bükülü Mənəm, sənin xatirinə Yolumu duman bağlasa. Köksümü həsrət dağlasa. Gözlərimdə sel çağlasa Gülləm, sənin xatirinə. Bilmirəm,mələksən,nəsən, Can verərəm,can isdəsən. Bircə kəlmə öl söyləsən, Ölləm, sənin xatirinə. N.Kəsəmənli
Hələ qəlbimizdə xatirə izi, Hələ ayrılığın nəmlidir gözü. Hələ ki, sevirik bir-birimizi, Başqa birisini sevə bilməzsən ! Gör, neçə nəğmənin bəstəsi qalıb, Bu ocaq sönübsə, tüstüsü qalıb, Əlimdə əlinin istisi qalıb Başqa birisini sevə bilməzsən ! İncidib qəlbimə deyə bilmirsən, Yolunu biryolluq edə bilmirsən, Mene ” Yox ” sözün deyə bilmirsən, Başqa birisini sevə bilməzsən ! İl keçir, ömürdə xatirə qalır, Bahar güllərimiz qönçədə solur, Hələ ki, gözlərin məni axtarır, Başqa birisini sevə bilməzsən ! Axar, gözümüzün yaşı, qurumaz, Deyirdik, bu ilqar-peyman pozulmaz, Belə sevə-sevə ayrılmaq olmaz, Başqa birisini sevə bilməzsən !
673 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.