Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Şeyh Sadi Şirazi

Seçilmiş Əsərləri Sözleri ve Alıntıları

Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri kitap alıntılarını, Seçilmiş Əsərləri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Baharda dağlardan çağlayan sellər Ən möhkəm daşları sındırıb əzəг. Sonsuz sellər axır göz bulağımdan, Neçin daş qəlbinə eyləmir əsər?
Sayfa 373
Sən qonaq gələndə gecələr bizə, Dönür gecələrim aydın gündüzə. Deyirəm: şam sönsün, ay göydə batsın, Günəş qonaq gəlib məclisimizə.
Sayfa 371
Reklam
Ayıq başım sənin eşqində məstdir, Xoşdur məhəbbətin qəlbimə qəsdi. Sənsiz bu cahanı mən heç sanardım, Cahan olmasa da sən varsan, bəsdir.
Sayfa 376
Yazıq o qəlbə ki, nəğməni duymaz, Qəlbi daş olanlar sevgiyə uymaz. Eşqi duymayanlar nəğmə duyarmı?! Bir könül yanmasa tüstüsü çıxmaz.
Sayfa 374
Sındırsa qəlbini bir nadan əgər, Arif buna görə çəkməz qəm, kədər. Daş zərli kasanı sındırsa, daşın, Qiyməti artarmı, əksilərmi zər?!
Sayfa 378
GƏNCİN ŞİKAYƏTİ
Bir gənc bir qocaya hekayət etdi, Arvadın cövründən şikayət etdi. Dedi: dəyirmanın alt daşı kimi, Yüklüyəm, incidir arvad qəlbimi. Qoca söylədi ki, səbr et, ey cavan! Xəcalətli olmaz səbr edən insan. Alt daşı olsan da gündüzlər əgər, Üst daşı olursan uzun gecələr. Sənə xoş gəlirsə bir gül, bir çiçək, Gülşəndə tikanın cövrünü də çək. Sənə fayda verir ağacın barı, Onun tikanından incimə barı.
Sayfa 113
Reklam
Gülsəydi üzümə əgər bu dövran, Canımı o sərvə edərdim qurban. Yolunda torpağa dönərdim, ancaq Qorxuram üstümdən keçməsin canan.
Sayfa 374
Ətrafa ətir saçanda gülzar, Ətrin dəyəri olarmı, ey yar! Bülbüllər ötən kimi çəməndə, Qalxır yuxudan bütün çəmənzar. Zahidliyi atmışıq kənarə, Səccadəyə heç uyarmı xummar?!
Sayfa 357
Hamının həyatı sovrular bada, Bir yaxşı ad qalar ancaq dünyada.
Bir arif eyləyib mənə nəsihət, Deyirəm yadında qalsın bu hikmət: Nəyi ki, özünə rəva görmürsən, Rəva görmə başqa şəxsə də, əlbət.
Sayfa 377
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.