Seçilmiş Əsərləri

Şeyh Sadi Şirazi

En Beğenilen Seçilmiş Əsərləri Sözleri ve Alıntıları

En Beğenilen Seçilmiş Əsərləri sözleri ve alıntılarını, en beğenilen Seçilmiş Əsərləri kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Baharda dağlardan çağlayan sellər Ən möhkəm daşları sındırıb əzəг. Sonsuz sellər axır göz bulağımdan, Neçin daş qəlbinə eyləmir əsər?
Sayfa 373
Yazıq o qəlbə ki, nəğməni duymaz, Qəlbi daş olanlar sevgiyə uymaz. Eşqi duymayanlar nəğmə duyarmı?! Bir könül yanmasa tüstüsü çıxmaz.
Sayfa 374
Reklam
Sən qonaq gələndə gecələr bizə, Dönür gecələrim aydın gündüzə. Deyirəm: şam sönsün, ay göydə batsın, Günəş qonaq gəlib məclisimizə.
Sayfa 371
Ayıq başım sənin eşqində məstdir, Xoşdur məhəbbətin qəlbimə qəsdi. Sənsiz bu cahanı mən heç sanardım, Cahan olmasa da sən varsan, bəsdir.
Sayfa 376
Sındırsa qəlbini bir nadan əgər, Arif buna görə çəkməz qəm, kədər. Daş zərli kasanı sındırsa, daşın, Qiyməti artarmı, əksilərmi zər?!
Sayfa 378
Ətrafa ətir saçanda gülzar, Ətrin dəyəri olarmı, ey yar! Bülbüllər ötən kimi çəməndə, Qalxır yuxudan bütün çəmənzar. Zahidliyi atmışıq kənarə, Səccadəyə heç uyarmı xummar?!
Sayfa 357
Reklam
89 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.