Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri

Abbas Səhhət

Seçilmiş Əsərləri Gönderileri

Seçilmiş Əsərləri kitaplarını, Seçilmiş Əsərləri sözleri ve alıntılarını, Seçilmiş Əsərləri yazarlarını, Seçilmiş Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bildinmi, nədən ötrü verilmiş sənə qüvvət? İdrakü şüur, əqlü zəka, ruhü dərayət Bildinmi, həyatın nədir amalı, səlahı? Tənha gecələr uykusuz açdınmı sabahı?! Bir ləhzə çalışdınmı, ya dözdünmü cəfayə, Bəs ömrünü verdin nərədə badi-fənayə?!
Yarəb, sən özün hidayət eylə! Yox sədməyə ruhimin dəvamı, Lütfünlə mənə himayət eylə. Bir bəndeyi-asiyəm, İlahi, Hər dürlü əzabə müstəhəqqəm. El hər nə desə, nə qəm, İlahi, Arifsən özün ki, əhli-həqqəm.
Reklam
Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş əvvəlcə Xuda, Sonra vermiş vətənim nəşvü-nüma. Vətənim verdi mənə nanü-nəmək Vətəni məncə unutmaq nə demək?! Anadır hər kişiyə öz vətəni, Bəsləyib sinəsi üstündə onu. Südüdür ki, dolanıb qanım olub, O mənim sevgili cananım olub. Saxlaram gözlərim üstə onu mən, Ölərəm əldən əgər getsə vətən. Vətənin neməti nisyan olmaz, Naxələflər ona qurban olmaz. Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir. Vətənin sevməyən insan olmaz, Olsa ol şəxsdə vicdan olmaz!