Seçilmiş Əsərləri 1.Cild

Bahtiyar Vahabzade

Seçilmiş Əsərləri 1.Cild Sözleri ve Alıntıları

Seçilmiş Əsərləri 1.Cild sözleri ve alıntılarını, Seçilmiş Əsərləri 1.Cild kitap alıntılarını, Seçilmiş Əsərləri 1.Cild en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Qorxu kölgəsinə sığınmış bu gün Sədaqət, diyanət, məhəbbət, Allah. Yalan hakim olub, böhtan gözətçi, Çürüyür zindanda həqiqət, Allah. Əyri əyriliyi yeridir daşa, Keçib əyrilikdə hamıdan başa. Doğru həsrət qalıb isti bir aşa,
Reklam
Dünyanın
Baş çıxarmaq həm çətindir, həm asan İblisindən, mələyindən dünyanın. Adəm satdı bir buğdaya cənnəti, Tora düşdü kələyindən dünyanın. Nə gözəldir, ürək geniş, söz açıq, Yaşamadım bir sevdamı yarımçıq. Əzab adlı dəyirmandan narın çıx,
Sayfa 283
Bu necə dünyadır, İnsan oğlunun Xəyalı göydədir,özü yerdədir, Sağ ikən çiynində həyatın yükü Öləndə cəsədi çiyinlərdədir... Bu necə dünyadır,bu necə dünya, Ölümü həqiqət,həyatı röya.
Sayfa 21
Yaman darıxmışam
Yaman darıxmışam səninçin, yaman! Mən əsir düşmüşəm öz istəyimə. Nifrəti gizlətmək asandan asan, Sevgini gizlətmək mahalmış, demə! Haraylar yüksəlir könüldən yenə, Bu necə haraydı, bu necə haydı? Öhdəmdən gələrdim... Gözüm üzünə,
Sayfa 272
Darıxıram, Baxışların Yanıb sönür xəyalımda. Gözlərimin önündəki baxışlara Yad olmuşam. Xəyaldakı baxışların işığında Udulmuşam. Təqvimdəki varaqların Bir ayını birdən cırın! Yayı ötüm, Göz yaşı tək kirpiyimdən, Qopub düşüm payıza mən.
Reklam
SÖZ ALAĞI
Çörək bahalaşanda, qeyrət ucuzlaşarmış, İnsan ürəyilə yox, mədəsiylə yaşarmış. Ət-qızıl qiymətinə, vicdan su qiymətinə, Yalan od qiymətinə, iman su qiymətinə Satılırsa, susmağı, gəlin, sayaq hünərdən, Günəşi də gözləyək dünən batdığı yerdən.
Həqiqət dilə gəldi. Dildə ilişdi, qaldı. Həqiqətin üstünə yalanlar kölgə saldı. Vuruşmadıq, barışdıq Biz "azadlıq" adlanan bir uydurma nağılla. Ölən düşüncələrə qəlbimiz yas saxladı. Həqiqəti deməkdən elə qorxduq... Ağılla Həqiqət arasında hörümçək tor bağladı.
"Ey könül, dünyadan nə küs, nə inci, Sevincdə qəmi gör, qəmdə sevinci..."
Sayfa 222Kitabı okudu
GÖZÜN DİLİ
Qara gözlər, Ala gözlər, Qonur gözlər... Nə qədər sözlər Deyilmiş mədhinə gözəl gözlərin, Şairlər, indi də mənə söz verin. Qorxuram gözlərin mən gözəlindən Aman göz əlindən, dad göz əlindən! Gözdən hansı qəlbə dağlar çəkilməz? Gözün dediyini dil deyə bilməz. Həm incə, həm dərin dili var gözün. Sözünü ürəklər anlayar gözün. Mələr, çıxmasa da ürəyin səsi, Elə ki, havada gözlər öpüşür. Eşqin də ilk odu, ilk şərarəsi Əvvəlcə ürəyə gözlərdən düşür. Gözləri mədh edən şeir də gerçək, Gözün öz dilində yazılsm gərək, Bu dil müəmmadır, bu dil çətindir, Bu dillə dinəni bu dillə dindir.
Sayfa 245
451 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.