Seçilmiş Əsərləri 1.Cild

Bahtiyar Vahabzade

Sözler ve Alıntılar

Tümünü Gör
Qorxu kölgəsinə sığınmış bu gün Sədaqət, diyanət, məhəbbət, Allah. Yalan hakim olub, böhtan gözətçi, Çürüyür zindanda həqiqət, Allah. Əyri əyriliyi yeridir daşa, Keçib əyrilikdə hamıdan başa. Doğru həsrət qalıb isti bir aşa,
Reklam
Dünyanın
Baş çıxarmaq həm çətindir, həm asan İblisindən, mələyindən dünyanın. Adəm satdı bir buğdaya cənnəti, Tora düşdü kələyindən dünyanın. Nə gözəldir, ürək geniş, söz açıq, Yaşamadım bir sevdamı yarımçıq. Əzab adlı dəyirmandan narın çıx,
Sayfa 283
Bu necə dünyadır, İnsan oğlunun Xəyalı göydədir,özü yerdədir, Sağ ikən çiynində həyatın yükü Öləndə cəsədi çiyinlərdədir... Bu necə dünyadır,bu necə dünya, Ölümü həqiqət,həyatı röya.
Sayfa 21
Yaman darıxmışam
Yaman darıxmışam səninçin, yaman! Mən əsir düşmüşəm öz istəyimə. Nifrəti gizlətmək asandan asan, Sevgini gizlətmək mahalmış, demə! Haraylar yüksəlir könüldən yenə, Bu necə haraydı, bu necə haydı? Öhdəmdən gələrdim... Gözüm üzünə,
Sayfa 272
Darıxıram, Baxışların Yanıb sönür xəyalımda. Gözlərimin önündəki baxışlara Yad olmuşam. Xəyaldakı baxışların işığında Udulmuşam. Təqvimdəki varaqların Bir ayını birdən cırın! Yayı ötüm, Göz yaşı tək kirpiyimdən, Qopub düşüm payıza mən.
Reklam
SÖZ ALAĞI
Çörək bahalaşanda, qeyrət ucuzlaşarmış, İnsan ürəyilə yox, mədəsiylə yaşarmış. Ət-qızıl qiymətinə, vicdan su qiymətinə, Yalan od qiymətinə, iman su qiymətinə Satılırsa, susmağı, gəlin, sayaq hünərdən, Günəşi də gözləyək dünən batdığı yerdən.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.