Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Seçilmiş Əsərləri 1. Cild

Nəbi Xəzri

Seçilmiş Əsərləri 1. Cild Sözleri ve Alıntıları

Seçilmiş Əsərləri 1. Cild sözleri ve alıntılarını, Seçilmiş Əsərləri 1. Cild kitap alıntılarını, Seçilmiş Əsərləri 1. Cild en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Sabaha inanır qəhrəman insan, O, millət dərdini daşıyacaqdır. Vətənçin ölməyi   bacaran insan Vətən ömrü qədər yaşayacaqdır!
Ana, bayraq, Vətən 12 fevral 1997Kitabı okudu
Mən heyran qalmışam tamam bu sirrə. Qafiyəpərdazlar bəstakar olur, Hətta bəstakar da dönür şairə. Bu gün dil-dil ötür Dağda, aranda Oxumaq bacaran, bacarmayan da. Oxusun madam ki, çox həvəsi var. Nolar səsi yoxdur, Pul kisəsi var.
Çalçağır dünyasıKitabı okudu
Reklam
DAĞ VƏ DƏNİZ
Axşam... Göy fikirli... Dəniz nigaran... Bəs orda, Dağlarda Necədir axşam? Mən baxan dağlara, Ay mənsiz baxan, Sən baxan dənizə sənsiz baxıram. Fikirlər əriyir Dumanlar kimi, Səsim sahillərdən zirvəyə çatır, Orda çaylar axır ümmanlar kimi, Burdasa dalğalar dağlar boydadır. O yerdə çırpınır qəlbim haçaqdır, Səslənir dağların ağ zirvəsindən. Demə ki, dağlardan dəniz uzaqdır, Dəniz ki, başlanır dağ zirvəsindən. Dəniz dalğalanar hər səhər-axşam, Qarı əridikcə uca zirvənin. Əgər sən dağsansa, mən də ümmanam, İlk damlam zirvəndən Başlanır sənin.
Sayfa 132
İKİLİKDƏ
Gəl, bölək dünyanı ikilikdə biz, Dərə mənə düşsün, Dağı sən götür. Qalsın yer üzündə qoşa izimiz, Qara mənə düşsün, Ağı sən götür. İlin övladıyıq yazla qış kimi, Fəsillər yaşasın yanaşı məndə. Biz ki, bir yerdəyik gözlə qaş kimi, Gözlər səndə qalsın, Göz yaşı məndə. Gündüzü, gecəni əziz saxlayaq, Günəş sənə düşsün, Ay mənə qalsın. Coşqun sellər kimi birgə çağlayaq, Dəniz sənin olsun, Çay mənə qalsın. Bizik bü dünyaya səninlə şərik, Bizsiz nə qış gülər, Nə də ki, bahar. Həyatda hər şeyi bölə bilərik, Amma bölünməyən Bir sevgimiz var.
Sayfa 172
MÜƏMMA
Hardansa dünyaya qonaq gəlirəm, Bəlkə də burdayam mən heç gəlmirəm. Görmək istəyirəm, kimi bilirəm! Sevmək istəyirəm, kimi bilmirəm! Ötüb soyuq-soyuq günlərin min-min, Sənin kimə sevgin, kimə eşqin var! Nədir umacağın dünyadan sənin? Bircə qan qusmağa qızıl teştin var! Kimi sevməlisən bilmirsən əgər, Sənin özünü də söylə kim sevər?
Sayfa 215
SÖYLƏ, BƏS HARDAYDIN?..
Sən gəldin, Zülmətdən gün çıxdı birdən, Nə qədər ecazkar göründü cahan? Səni gözləmişdim ömrüm boyu mən, Söylə, bəs hardaydın sən bu vaxtacan? Keçib göy dǝrǝni, yaşıl çəməni,
Sayfa 49
Reklam
YADINA DÜŞSÜN
Hər gün küçənizdən keçdiyim zaman, Eyvana çıxdığın yadına düşsün. Bahar axşamları tər bənövşəni, Köksünə taxdığın yadına düşsün. Ürəyim gəlmir ki, qınayım səni, Belə tez unutmaz sevən sevəni. Axşam bulaq üstdə gözləyib məni, Yollara baxdığın yadına düşsün. Sərin meşə yolu nura boyandı, Sən getdin, ürəyim atəşə yandı. Kəsdiyin peymanı, verdiyin andı Daşlara çaxdığın yadına düşsün.
Sayfa 15
KİMİN İSTƏYİ NƏDİR?
Kim isə, nəyisə Seçir dünyada; Ağıl gözəlliyi, Üz gözəlliyi! Adam var şərbət tək İçir dünyada, Saxta səslənsə də Söz gözəlliyi. Mənim gözlədiyim Gözəlliyim gəl, Kim deyər çəməndən Səhra gözeldir? Mənimçin cahanda Hər şeydən əvvəl, Ürək gözəlliyi Daha gözəldir! Belə gözəlliyi Görmək savabdır. Hər insan bir cürə Duyur aləmi. Ürək gözəlliyi Təmizdir, safdır. Dəryalardan çıxan Mirvari kimi.
Sayfa 65
SAKİT SƏTİRLƏR
İnsanlar sevilər, Sevər dünyada, Ümidlər ömürçün məğrur qanaddır. Sevgi bir kiçicik Qəlbə sığsa da, Bəlkə sevgi özü bir kainatdır. Onun üfüqləri
Sayfa 150
Dəniz, göy, məhəbbət
Mən bir dənizəm ki, eşqim səhərdir, Səni düşünürəm, əzizim, yenə. Mənim dalğalarım xatirələrdir, Qoy çatsın qəlbinin sahillərinə. Əsl məhəbbət ki, böyük hünərdir, Coşar ümman kimi təzə arzular. Mənim dalğalarım xatirələrdir, Orda tufan da var, burulğan da var. Dənizəm, eşqimdən qaçmaq hədərdir, Mən ki, adlayıram çölü, çəməni. Mənim dalğalarım, xatirələrdir, Gecə də, gündüz də tapacaq səni.
Sayfa 50
58 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.